MDB Sərhəd Qoşunları Komandanları Şurasının iclasında 25 sənəd imzalandı

img

19-10-2017 [14:56]


Bakıda MDB Sərhəd Qoşunları Komandanları Şurasının 78-ci iclası keçirilib.

Mia.az-ın məlumatına görə, iclasda 8 ölkənin sərhəd qoşunları xidmətinin nümayəndələri iştirak edib. Tədbirə həmçinin, MDB İcrayə Komitəsinin rəhbəri qatılıb.

Tədbirdə iştirak edən MDB Sərhəd Qoşunları Komandanları Şurasının koordinasiya xidmətinin sədri, Rusiya Sərhəd Qoşunları komandanının sədr müavini Aleksandr Manilov bildirib ki, bugünkü iclasın gündəliyinə üzv ölkələrin xarici sərhədlərində sərhəd təhlükəsizliyinin möhkəmlənməsi ilə bağlı 9 çox əsas məsələ daxil edilib.

Onun sözlərinə görə, iclasın yekununda 25 sənəd imzalanıb.

A.Manilov bildirib ki, sənədlərin əsas hissəsi ölkələrin xarici sərhədlərində, o cümlədən Tacikistan-Əfqanıstan sərhədində və MDB ölkələrinin təhlükəsizliyinə təhdid təşkil edə biləcək hissələrində yaranmış vəziyyətlə bağlı müzakirələrin nəticəsinə dair olub.

A.Manilov qeyd edib ki, tərəflər sərhəd təhlükəzliyinin təminatı sahəsində əməkdaşlıq və informasiya mübadiləsinin həyata keçirilməsi ilə bağlı razılığa gəliblər.

Onun sözlərinə göə, iclas zamanı tərəflər mütəşəkkil cinayətkarlıq, narkotiklərin qanunsuz dövriyyəsi, sərhədlərdə miqrasiya prosesləri və digər məsələləri müzakirə ediblər: "Tərəflər MDB məkanında təhsil müəssisələrində zabit heyətinin hazırlanması məsələsini də gündəliyə çıxarıblar”.



Digər xəbərlər
SON XƏBƏRLƏR