18-10-2017 [16:31]
Mia.az Şamaxı rayonundakı "Safari Park”ın instruktoru Elşən Bəxtiyarovun "Report”a müsahibəsini təqdim edir:
- "Safari Park” tam olaraq əhalinin istifadəsinə verilibmi? Parka giriş ödənişlidir?
- Parkda mövsümlə bağlı artıq son tamamlama işləri aparılır. Yaxın günlərdə "Safari Park” tam olaraq yerli əhali və turistlərin istifadəsinə veriləcək. Təbii ki, parkın ərazisində turlar təşkil olunacaq və bu turlar ödənişli əsaslarla həyata keçiriləcək. Ümumiyyətlə, "Safari Park” ekoturizmin bir növü olaraq dünyada geniş yayılıb. İlk bu cür park isə Afrikada yaradılıb. Safari sözü səyahət, gəzinti mənasını verir.
- "Safari Park”ın işçi heyəti tam formalaşıbmı? İşçilər üçün əsas tələb nədir?
- "Safari park”ın işçi heyəti tam formalaşdırılıb. İşçi heyətini formalaşdırmaq üçün bir müddət əvvəl "Safari Park”ın rəhbərliyi tərəfindən vakansiya elan olunmuşdu. İşləmək üçün müraciət edənlər arasında tələblərə uyğun olanlar seçilərək işə cəlb olunublar. İşə götürülərkən yerli sakinlərə daha çox üstünlük verilib. İşçilərdən tələblər təbiət haqqında bilgilərinin olmaları, yerli hava şəraiti, ərazinin relyefini öyrənib mənimsəməkdir. Bundan başqa, işçilər ünsiyyətcil olmalı, turların təşkili zamanı park və heyvanlar haqqında turistlərə məlumat verməli, turistlərin və heyvanların təhlükəsizliyini qorumalıdırlar.
Şamaxı rayonundakı "Safari Park”ın instruktoru Elşən Bəxtiyarov
- "Safari Park” Azərbaycan turizminin inkişafına nə kimi töhfələr verəcək?
- Ümumiyyətlə, "Safari Park” Azərbaycanda elmi əsaslarla vəhşi populyasiyada olan heyvan növlərinin Azərbaycan təbiətinə adaptasiyası məqsədi ilə yaradılıb. Biz bu məqsədimizi həyata keçirərkən ölkə ərazisində turizmin inkişafına da dəstək olacağımızı düşünürük. Bu gün dünyada belə bir ifadə var: Safari turizmi. Artıq turizmin bir növü kimi məşhurlaşan Safari turizmini inkişaf etdirmək üçün ölkəmizdə əlverişli şərait var. Təbii ki, bu turizm növünü Azərbaycanda inkişaf etdirmək ölkəyə çoxlu turistlərin cəlb edilməsi ilə nəticələnəcək. Bu da Azərbaycanda turizmin inkişafına böyük töhfə verə bilər.
- "Safari Parkı”na yaxın zamanlarda hansısa heyvanın gətirilməsi nəzərdə tutulurmu?
- Dünyada artıq bir çox heyvanın nəslinin kəsilməsi ilə bağlı həyəcan təbili çalınır. Bu gün əksər ölkələrdə nəsli kəsilməkdə olan heyvanların vəhşi populyasiyadan təbiətə adaptasiyası üçün qoruqlar salınır, parklar yaradılır. Bu tendensiya Azərbaycanda da həyata keçirilir. Biz mərhələli şəkildə müxtəlif heyvanları "Safari Park”a gətirmək fikrindəyik. Bu yaxınlarda isə parka Mərkəzi Avropa meşələrində və Rusiyanın Avropa hissəsinin qərbində yayılmış zubr gətiriləcək. Bu heyvan 25 ölkədə, o cümlədən ABŞ və Kanadada yetişdirilir. Bundan başqa, Rusiya Federasiyasının Okaboyu-Terras və Oka qoruqlarında yetişdirilməsi daha müvəffəqiyyətlə həyata keçirilir. Artıq Belovejskaya puşşada, Karpatda və Qafqazda vəhşi zubrların yeni sürüləri yaradılıb.
- Heyvanların təhlükəsizliyi baxımından nə kimi işlər görülür?
- Təhlükəsizlik bizim fəaliyyətimizin əsasını təşkil edən amildir. Burada heyvanları insanlardan, hava şəraitindən, digər heyvanların hücumlarından, yoluxucu xəstəliklərdən və kənar təsirlərdən qorumaq üçün xüsusi fəaliyyət planımız var. Bu gün bütün səy və bacarıqlarımızı həm də bu istiqamətə yönəltmişik. Burada əsas təhlükə heyvanların kənar təsirlər və yoluxucu xəstəliklərə tutulmasıdır. Buna görə də heyvanları qorumaq üçün beynəlxalq standartlara uyğun dəmir-beton dayaqlara hörülmüş 52 kilometr uzunluğunda çəpər çəkilib. Həmçinin parkda çox sayda təbii daldalanacaqlar düzəldilib ki, bu da onların mövsümlə əlaqədar olaraq, soyuq, külək, yağıntılardan qorumaq üçündür.
- Vəhşi heyvanlar üçün ekoloji qoruğun yaradılması məqsədi ilə nə kimi işlər görülür?
- Burada ekoloji qoruğun yaradılması üçün yerli şəraitə uyğun olaraq mühüm işlər görülüb. Dağ-meşə sahəsində 620 hektar ərazinin hüdudları içərisində 480 hektar ərazi beynəlxalq standartlara uyğun çəpərlənib. Parka Latviya, Polşa, Slovakiya, Çexiya və Macarıstan təsərrüfatlarından üç növdən ibarət 420 baş nəcib maral, lan və muflon adlı genetik qiymətli heyvanın gətirilərək xüsusi mühafizə olunan əraziyə buraxılması təmin edilib. Görülən seleksiya və baytarlıq tədbirləri nəticəsində bu heyvanların sayı iki dəfəyə yaxın artıb. Hazırda parkda 790 heyvan, o cümlədən 260 baş nəcib maral, 250 baş muflon və maral cinsinə daxil olan 280 baş lan var.
TRT 1-də yayımlanan serialın arxa planında rüsvayçılıq: 21 yaşlı saç ustasını zorlamaq istəyiblər
İsveç Latviyaya qoşun göndərəcək - Baş nazirdən açıqlama
ABŞ Suriyadakı bazalarını gücləndirir - 40 zirehli maşınla əlavə canlı qüvvə göndərilib
Rəsmi Moskvadan Baydenin gizli qərarına reaksiya: "Bu, Ukrayna üçün daha çox problem yaradacaq”
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Keçmiş klub prezidenti həbs edilib
İLHAM ƏLİYEV BERLİNƏ GEDİB - FOTO
Aprel çağırışı yekunlaşır - Xidmətdən açıqlama (FOTO)
Prezidentin köməkçiləri, şöbə müdirləri və... - Onların qəbul günləri açıqlandı (CƏDVƏL)
Azərbaycan-Ermənistan sərhədində 20 sərhəd dirəyi quraşdırılıb
"Bakcell" ilə innovasiya dövrü başlayır - Açıqlama (FOTOLAR)
Xankəndidə yenə silah-sursat tapılıb
DSMF sədri də vəzifədən çıxarıldı
Energetika Nazirliyində Macarıstan XİN başçısı ilə görüş olub
Elnur Əliyev: "Azərbaycan inkişafının yeni mərhələsinə qədəm qoyub"
AĞACLARI KƏSİR, SONRA TİKİNTİ APARIRLAR: Yaşıllaşdırma idarəsi isə... - Bakıda daha bir yaşıl soyqırıma nazirlikdən gecikmiş reaksiya (FOTOLAR)
Qırğızıstan Prezidentinə Qarabağ atı hədiyyə edilib - FOTO
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Buraxılış imtahanlarında ən yüksək nəticənı hansı rayonların şagirdləri göstərib? - DETALLAR
Qırğızıstan Prezidentinin Azərbaycana dövlət səfəri başa çatıb
ƏƏSMN-ə nazir əvəzi təyin olundu - Sərəncam
Azərbaycan və Qırğızıstan prezidentləri birgə nahar ediblər - FOTO
Avropa Parlamenti Gürcüstanda xarici agentlər haqqında qanunla bağlı qətnamə qəbul edib
Prezident İlham Əliyev Şarl Mişeli COP29-a dəvət edib
Eşq məktubu, dağılan ailə, gecə evə basqın və nəhayət, qisas... - Kürdəmirdəki ilginc olayın təfərrüatı
"Sərhəd dirəyinin quraşdırılması o deməkdir ki..." - Erməni spiker
Britaniya kralı mühacirlərə bağlı qanunu təsdiqlədi - Ruandaya deportasiya olunacaqlar
Keçmiş Ombudsman Elmira Süleymanova vəfat edib (Yenilənib)
Azərbaycanda TikTok bağlanacaq? - Sorğu
Güclü fırtına həbsxananı dağıdıb - 119 məhbus qaçıb
AZAL-ın sabiq prezidenti: "Məni biabır etmək istəyirlərsə..."
Zaxarova: "Cənubi Qafqazda sabitliyi pozmağa çalışırlar"
Avstraliyada 160 balina sahilə çıxdı, onlardan 26-sı ölüb -FOTO
Baş Prokuroluq mediaya çağırış edib - Professorun ölümü ilə bağlı
Akşeneri kim əvəzləyəcək? - İYİ Partiyası gərgin qutrultaya gedir
Bakıda üç məktəbin direktoru cəzalandırılıb - Səbəb
Qəzzada daha jurnalist həlak olub
Sabah hava necə olacaq? - Proqnoz
"Poz-Qazan” layihəsi millətin cibinə necə girir? - VİDEO
NAXÇIVANIN BAŞ NAZİRİ VƏZİFƏDƏN AZAD OLUNDU- Yeni təyinat (FOTO)