Minsk Qrupunun“sülhməramlı” fəaliyyəti iflasa uğrayıb - Partiya sədrindən reaksiya

img

17-10-2017 [22:19]


İki illik fasilədən sonra oktyabrın 16-da Azərbaycan prezidenti İlham Əliyev və Ermənistan prezidenti Serj Sarkisyan arasında Cenevrədə görüş keçirilib. 

Görüşün nəticələri barədə XİN-nin yaydığı bəyanatda görüşün konstruktiv mühitdə keçdiyi bildirilir və qeyd edilir ki, Prezidentlər danışıqlar prosesini intensivləşdirmək üçün tədbirlər görməyə və təmas xətti boyunca gərginliyi azaltmaq üçün əlavə addımlar atmağa razılaşdılar. Danışıqların davam etdirilməsi üçün həmsədrlərin yaxın gələcəkdə xarici işlər nazirləri ilə işçi görüş keçirəcəkləri vurğulanır.

Ancaq Ermənistan KİV-nin yaydığı məlumata görə Prezidentlərin görüşündən dərhal sonra Serj Sarkisyan İsveçrə Konfederasiyasındakı Ermənistan səfirliyində erməni diasporunun nümayəndələri ilə görüşdə deyib ki, "...problemin həlli variantları ilə bağlı, belə desək, hər hansı konkret razılaşma yoxdur.... İstəyirəm ki, bir şeydən hamı əmin olsun: bizim üçün Qarabağın təhlükəsizliyini bu və ya başqa mənada poza biləcək həll üsulu ola bilməz. Bizim üçün yeganə həll odur ki, Qarabağ Azərbaycan hüdudlarından kənarda olsun. Heç bir zaman heç bir erməni rəhbər belə bir qərarı qəbul edib gerçəkləşdirə bilməz və bu məqsədlə hər şey edəcəyik...”

25 illik sülh danışıqlarının nəticəsi budurmu? 

"Təmas xətti boyunca gərginliyi azaltmaq üçün əlavə addımların atması” Ermənistanın işğal edilmiş ərazilərində özünü daha arxayın hiss etməsinə, mövcud status-kvonun dəyişilməz saxlanılmasına, daha pis, onun möhkəmləndirilməsinə- gətirib çıxarmayacaq ki? Belə vəziyyət işğal edilmiş ərazilərin daha intensiv, qorxusus məskunlaşdırılmasına, yeni-yeni kilsələrin tikilməsinə, qəsəbələrin salınmasına, təbii sərvətlərimizin vəhşicəsinə istismarının davam etdirilməsinə, tarixi abidələrimizin erməniləşdirilməsi, məhv edilməsi prosesinin sürətləndirilməsinə şərait yaratmayacaq ki? Əcəba, hər şey aydın deyilmi? ATƏT-in Minsk Qrupunun"sülhməramlı” fəaliyyətinin ifalsa uğradığı aydın deyil? Sülh danışıqlarının heç bir perspektivinin olmadığna tam əmin olmaq üçün Ermənistan prezidenti daha hansı açıqlamalar etməlidir, nə deməlidir?

Yaranmış qeosiyasi vəziyyəti nəzərə alaraq Azərbaycanın Qarabağ problemini sülh yolu ilə həll etmək istəyi başadüşüləndir. Ancaq Serj Sarkisyanın son açıqlaması bu istəyin vaxt limitinin bitdiyini göstərmirmi? Qarabağ problemininin beynəlxalq hüquq normalarına BMT-nin nizamnaməsinə uyğun həll edilməsi üçün qəti, cəsarətli addımların atılmasının zamanı çatmayıbmı?

Təkamül Partiyasının sədri Teyyub Əliyev


Digər xəbərlər
SON XƏBƏRLƏR