Hafiz Hacıyev Cəmil Həsənlini məhkəməyə verir

img

16-10-2017 [15:21]


Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev Milli Şura sədri Cəmil Həsənlini məhkəməyə verəcək.

Bu barədə Moderator.az-a partiya sədrinin özü məlumat verib. H.Hacıyevin sözlərinə görə, buna səbəb C.Həsənlinin sonuncu mitinqdə ölkə başçısının ünvanına təhqiramiz fikirlər səsləndirməsi olub:

"Azərbaycanda söz, mətbuat azadlığının olmaması ilə bağlı fikirlər səsləndirilir. Söz azadlığı necə yoxdu ki, sonuncu mitinqdə Cəmil Həsənli Azərbaycanda qarışıqlıq salmaq istəyir? Bunlar bir tərəfdən deyir ki, Azərbaycanda insan hüquqları pozulur, digər tərəfdən başqalarının hüquqlarını pozmaqdan çəkinmirlər. Onda belə çıxır ki, söz azadlığıdır deyə, prezidentin hüquqlarını poza bilərlər?
CəmilHəsənovu prezidentin ünvanına səsləndirdiyi təhqirlərə görə məhkəməyə veririk. Bu gün mən öz vəkillərimlə müşavirə keçirmişəm. Hazırda sənədlər hazırlanır. Onun axırıncı mitinqdə etdiyi çıxış birbaşa təhqir, böhtan dolu fikirlər idi. Avropa və Amerika isə düşünür ki, Həsənov Cəmilin dediyi Quran ayəsidir. Bu, qətiyyən belə deyil.

Biz xalqımızı inandıracağıq ki, hakimiyyət daxilində də kifayət qədər ermənilər var. Azərbaycanın başına erməni gətirmək istəyirlərsə, onda Cəmil Həsənli nəyə lazımdır? "Qocalar evində” kifayət qədər ermənilər var də. O ermənilərdən birini gətirək. Ona görə də mən düşünürəm ki, ölkədə bu gün keçirilən mitinqlərdə yeganə hədəf var. Bu hədəf prezidentdir. Ancaq bunlar unudur ki, Prezident dövlətin atributudur. Niyə məhz prezidentdən yapışıblar?

Hakimiyyət daxilindən Cəmil Həsənliyə elə rəqəmlər verirlər ki, bu rəqəmləri Dövlət Statistika Komitəsindən və məxfi şöbədən başqa heç kim bilmir. Onda belə çıxır ki, hakimiyyət daxilindəki ermənilər birləşib. Ona görə də bu qüvvələr Cəmil Həsənlini ortaya çıxardıb ölkə başçısını təhqir elətdirirlər.
Mən prezident seçkilərə namizəd olan partiya sədri kimi istəmirəm ki, ölkədə qarışıqlıq olsun. Istəyirəm ki, hər bir problem demokratik yolla həll olunsun. Əgər Avropa bizi tənqid edirsə, söz azadlığının olmadığını bildirirsə, o zaman qoy mən H.Cəmili məhkəməyə verim. Onun prezidenti təhqir etdiyini ingilis dilinə çevirib Avropa Şurasına təqdim edək və görək hansı dövlətdə dövlət başçısını bu qədər təhqir edirlər?
Mən onu məhkəməyə verəcəm. O, bu fikirləri Yasamal rayonu ərazisində səsləndirib. Bu gün sənədlər hazırladıb Yasamal Rayon Məhkəməsinə göndərəcəm. Var gücümlə çalışacam ki, Cəmil Həsənli etdiyi təhqirə görəqanun qarşısında cavab versin. O görsün ki, təhqir eləmək olmaz. H.Cəmil sonuncu mitinqdə prezidenti və onun ailəsini təhqir edir. Bunu isə hakimiyyət və YAP daxilində hamı eşitsə də bir adam cavab verməyi düşünmür. Çünki onların başı rüşvətə qarışıb. Düşünürlər ki, prezidentə necə xəyanət edək, hansı faktları Kərimov Əli və H.Cəmilə verək? Buna isə biz dözə bilmərik. Mən dövlətçiliyin keşiyində duran bir partiya kimi qətiyyən buna dözə bilmərəm.

Bizim növbəti aylarda mitinqlərimiz olacaq. H.Cəmilin, K.Əlinin oğlunun xaricdə Azərbaycan dövləti əleyhinə hansı işlər gördüyü, onlara hakimiyyət daxilindən kimlərin hansı faktlar verdiyi də açılanacaq.
Mən bilirəm ki, bu çıxışımdan sonra məni də facebookda, sosial şəbəkələrə təhqir edənlər olacaq. Lakin mən dövlətçiliyi qorumaqda, dövlətə xidmət etməkdə qərarlıyam və bu yoldan dönməyəcəm”.


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:42 29.03.2024

Sabah yağış yağacaq

10:49 29.03.2024

YOXSULLUQ və YOXSULLAR