Şriftin ölçüsü / 146 dəfə oxunub

Bakıda 10 yaşlı uşaq binadan yıxıldı

12 Oktyabr 2017 [09:46]
Bakıda uşaq binanın ikinci mərtəbəsindən yerə yıxılıb.

Mia.az report-a istinadən xəbər verir ki, bədbəxt hadisə Binəqədi rayonunda baş verib. Belə ki, Biləcəri qəsəbəsində yerləşən beşmərtəbəli binanın ikinci mərtəbəsində yaşayan 2007-ci il təvəllüdlü Ələkbərova Elnurə Mübariz qızı ehtiyatsızlıqdan eyvandan yerə yıxılıb.

O, kəllə-beyin travması və bədənin müxtəlif nahiyələrinin əziyi diaqnozu ilə xəstəxanaya yerləşdirilib.
Həkimlər E.Ələkbərovanın vəziyyətini orta-ağır kimi qiymətləndirir.



SON XƏBƏRLƏR