Şriftin ölçüsü / 86 dəfə oxunub

Hər bir partiyada dövlətçilik maraqları öndə dayanmalıdır - Tələb

11 Oktyabr 2017 [12:50]
Əsası 1911-il oktyabr ayının 11-də qoyulmuş Müsavat Partiyasının 106 yaşı tamam olur. Bu tarixi ilk xatırlayan Müsair Müsavat Partiyasının sədri Hafiz Hacıyev oldu.

Əsası 1911-ci ildə İstanbulda muhacirətdə olan Məhəmməd Əmin Rəsulzadənin rəhbərliyi ilə əmisi oğlu Məhəmməd Əli Rəsulzadə, habelə Abbasqulu Kazımzadə və Tağı Nağıoğlu tərəfindən Bakıda qoyulan Müsavat Partiyası Azərbaycanda mövcud olan ən yaşlı siyasi partiyadır. Məhz Müsavat Partiyası birinci olaraq Azərbaycanın müstəqilliyi bayrağını yüksəyə qaldırmışdı.

Hafiz Hacıyev Versus.Az-a açıqlamasında sədri olduğu partiyanın adının Müsavat olmasının heç də təsadüfi olmadığını bildirib. Demək olar ki, bütün müsahibələrində "mənim apardığım mübarizədə ana xətlər var”-deyə bəyan edən MMP sədri həmişə Rəsulzadə, Elçibəy, Heydər Əliyev tövsiyələrinə partiya olaraq əməl etdiklərini vurğulayıb:

"Siyasi mövqeyindən asılı olmayaraq hər bir partiyada dövlətçilik maraqları öndə dayanmalıdır. Rəsulzadənin vaxtındakı Müsavatın ideologiyasında məhz dövlətçiliyə, bayrağa sevgi, onun rəhbərinə sayğı önəmli meyarlardan idi. Bu gün bu meyarlara məhz bizim partiyada – Müasir Müsavatda önəm verilir”.

MMP sədri bildirib ki, Rəsulzadə ideologiyası bir sərvətdir və onu qoruyub saxlamaqla olduğu kimi gələcək nəslə ötürmək lazımdır. Bu yol isə sağlam düşüncədən, əqidədən keçir:

"Bu gün əsası 1911-il oktyabr ayının 11-də qoyulmuş Müsavat Partiyasının 106 yaşı tamam olur. Bu münasibətlə ürəyində Rəsulzadə məhəbbətini yaşadanları və onun müsavatçılıq ideyalarını qoruyan bütün müsair müsavatçıları səmimi qəlbdən təbrik edirəm. Siyasi mübarizəmizi uğurla davam etdirəcəyik. Çünki Rəsulzadənin Müsavat Partiyasının əsl davamçısı məhz bizim Müasir Müsavat Partiyamızdır”.




SON XƏBƏRLƏR