ALDP siyasi məhbusların azadlığa buraxılması tələb edir

img

09-10-2017 [11:48]


Azərbaycan Liberal Demokrat Partiyasının ALDP) sədri Fuad Əliyev Sədr Aparatının iclasını keçirib.

İclasda ictimai-siyasi vəziyyət və Milli Şuranın keçirdiyi mitinqlər müzakirə olunub. İclasda partiya üzvlərinə mitinqlərdə iştiraklarına görə polislər tərəfindən təzyiqlərlə bağlı bəyanat gəbul olunub.

Bəyanatda deyilir:
Son günlər mitinqlərdə iştirak edən liberal-demokratlar polis bölmələrinə çağırılır. Belə ki, İlham Rəsulzadə, İbrahim Kərimov, Sənan Mehdizadə və Tural Cəfərov Milli Şuranın keçirdiyi mitinqdə iştraklarına görə polisə çağırılıb.
Baxmayaraq ki, keçirilən mitinqlər icazəlidir, polis bölmələrində onlardan mitinqdə iştrak etməmək barədə ərizələrin yazılması istənilib. Polisin bu hərəkətləri ilə digər partiyaların üzvləri də təzyiqlərə məruz qalıblar. ADP sədrinin müavini Həsrət Rüstəmov mitinqdə iştrak etdiyinə görə ümumiyyətlə işdən çıxarılıb.
ALDP müxalifət nümayəndələrinə təzyiqlərin son qoyulmasını və Gözəl Bayramlı, İlgar Məmmədov və digər siyasi məhbusların azadlığa buraxılması tələb edir.

İclasda qərara alınıb ki, liberal-demokratların Musavat partiyasının və Milli Şuranın təyin olunmuş mitinqlərində iştirakı məqsədə uyğun hesab olunsun.


Digər xəbərlər
SON XƏBƏRLƏR