Aslan İsmayılov Hafiz Hacıyevə qarşı məhkəmə iddiası rədd edilib

img

07-10-2017 [17:18]


Vəkil Aslan İsmayılovun Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyevə qarşı xüsusi ittiham qaydasında məhkəmə iddiası rədd edilib. 

Binəqədi Rayon Məhkəməsinin hakimi Rəşad Əliyevin icraatında olan bu işlə bağlı qərar rəsmi şəkildə hər iki tərəfə göndərilib.

Qeyd edək ki, hakim Rəşad Əliyev qərarı elan etdikdən sonra A.İsmayılov əsəblərinə hakim ola bilməyib və onu təhqir edib. Hakim ona əhəmiyyət verməyərək zalı tərk etmək istəyən zaman A.İsmayılov onu paltarından tutaraq dartıb. Bu zaman Hafiz Hacıyevin nümayəndəsi araya girib və A.İsmayılovla bir-birini təhqir etməyə başlayıblar. Bundan sonra A.İsmayılov məhkəmə binasını tərk edib.

Lakin axşam 21:00 radələrində hakimin şikayəti əsasında polis Aslan İsmayılovun evinə gəlib və onu Binəqədi Rayon Polis İdarəsinə aparıblar. Gecə gec saatlaradək A.İsmayılovun ifadəsi alınıb. İstisna deyil ki, faktla bağlı cinayət işi açılıb(cnnbaku).


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:42 29.03.2024

Sabah yağış yağacaq

10:49 29.03.2024

YOXSULLUQ və YOXSULLAR