Dəhşətli yol qəzası: Baş nazirin müavini, köməkçisi və sürücü öldülər - FOTOLAR

img

07-10-2017 [10:51]


Qırğızıstan baş nazirinin müavini Temir Cumakadırov şənbə günü səhər saatlarında paytaxt Bişkekin yaxınlığında avtomobil qəzasında ölüb.

Bu barədə Qırğızıstan Nazirlər Kabinetinin mətbuat katibi Çingiz Esenqulu "Ria Novosti”yə bildirib. "Yol-nəqliyyat hadisəsi təxminən saat səhər saat 7.30 radələrində Moskva rayonunun Bağlar kəndi ərazisində baş verib. Qəzaya uğrayan "Toyota Landruzer"də baş nazir müavini Temir Cumakadırov, köməkçisi Nurlan Camqırçiyev və sürücüsü olub. Onların hamısı ölüb", - deyə mətbuat katibi bildirib.

Baş nazirin avtomobili "Kamaz” markalı yük maşını ilə toqquşub. Hadisənin səbəbləri araşdırılır...


Digər xəbərlər
SON XƏBƏRLƏR