06-10-2017 [22:51]
Oktyabrın 6-da Heydər Əliyev Mərkəzində Aleksandr Vasilyev Fondunun təqdimatında 1960-cı illərin geyim və bəzək əşyalarından ibarət "Modernizm və moda” sərgisinin açılış mərasimi olub.
Azərbaycanın birinci vitse-prezidenti Mehriban Əliyeva sərginin açılış mərasimində iştirak edib. Heydər Əliyev Mərkəzinin direktoru Anar Ələkbərov mərasimdə çıxış edərək Mərkəzin artıq beynəlxalq sərgilərin keçirildiyi məkana çevrildiyini qeyd edib.
Açılış mərasimində çıxış edən Aleksandr Vasilyev deyib: "Bu sərginin ekspozisiyası 40 il ərzində toplanıb. Biz müxtəlif ölkələrə, o cümlədən Avstraliyaya, Yaponiyaya, Çinə, Türkiyəyə, Fransaya, İtaliyaya, İsveçrəyə, Litvaya, Latviyaya, Estoniyaya, Rusiyaya, Cənubi Amerika ölkələrinə və digər ölkələrə bu sərgi ilə bağlı səyahət etmişik. Kurator Kirill Qasilin bu sərginin təşkilinə böyük vaxt sərf edib. Mən bu sərginin təşkilinə görə böyük imkan yaradıldığı üçün Heydər Əliyev Fonduna təşəkkür edirəm. Bizim digər sərgilər də təşkil etmək planımız var. Altı aydan sonra sizə daha maraqlı bir sərgi göstərməyi planlaşdırırıq. Bu, hələ ki, sirdir. Çünki siz hələ bu sərgidən zövq alacaqsınız. Sərgidə görəcəkləriniz, ola bilsin ki, sizin gözləntinizi də ötüb keçəcək. Bu, həmin möhtəşəm dövrün ən yaxşı modalarıdır. "Chanel”, "Dior”, "Balmain”, "Yves Saint Laurent”, "Balenciaga”, "Nina Ricci”, "Cardin”, "Couregge”, "Laroche”, "Cassini”, "Valentino” kimi yüksək modanın qəhrəmanlarının müxtəlif, ən yüksək keyfiyyətli modelləri təqdim edilir. Bunlar o dövrün ulduzlarına məxsus idi. Həmçinin sərgidə çoxsaylı aksesuarlar, çantalar, şlyapalar, bijuteriyalar və s. yer alıb. Düşünürəm ki, bunlar sizdə dərin təəssürat oyadacaq”.
Aleksandr Vasilyev diqqətə çatdırıb ki, bu, həm də maarifləndirici sərgidir. Bu sərgi Azərbaycanın dizaynerlərini, rəssamlarını, rejissorlarını, aktyorlarını, yazıçılarını, bir sözlə, o illərin ruhuna nüfuz etmək istəyən hər kəsi məlumatlandıracaq. Axı moda həm də tətbiqi sənətin bir hissəsidir. Bu, təkcə kommersiya deyil, həm də yüksək mədəniyyətdir. O deyib: "Bu cür sərgi o şəhərdə olmalıdır ki, həmin yerdə modaya səmimi münasibət bəslənilir. Biz istəyirik ki, Azərbaycanda bu estetika duyumu həmişə ən yüksəkdə olsun və siz böyük mədəniyyətin, böyük estetikanın və böyük gözəlliyin, o cümlədən memarlıq gözəlliyinin, təbiətin gözəlliyinin, mətbəxin gözəlliyinin paytaxtında yaşamağınızla qürur duyasınız. Mən sərginin təşkilində göstərilən dəstəyə görə Azərbaycanın Birinci Vitse-prezidenti, birinci xanım Mehriban Əliyevaya minnətdarlığımı bildirirəm”.
Möhtəşəm arxitekturaya, harmonik atmosferə, parlaq yaranma tarixinə sahib olan bina statusunda Heydər Əliyev Mərkəzinə "Stil meyarı” nominasiyasında "Aleksandr Vasilyev zanbaqları” mükafatı təqdim olunub. Aleksandr Vasilyev tərəfindən təqdim edilən mükafat keramikadan hazırlanmış "Zanbaq” əsərindən ibarətdir. Anar Ələkbərov isə Mərkəzin adından qonağa XIX əsrin sonları - XX əsrin əvvəllərinə aid Azərbaycan milli qadın geyimini təqdim edib. Sonra qonaqlar sərginin təqdim edildiyi dördüncü mərtəbəyə qalxıblar. Azərbaycanın birinci vitse-prezidenti Mehriban Əliyeva və Aleksandr Vasilyev sərginin açılışını bildirən rəmzi lenti kəsiblər. Heydər Əliyev Fondunun dəstəyi ilə təşkil edilən bu sərgi Bakıda ilk dəfə nümayiş olunur. Ekspozisiyada Aleksandr Vasilyev Fondunun nadir kolleksiyasından XX əsrin 60-cı illərinə aid 100 geyim nümunəsi və 350 aksesuar təqdim edilir.
Heydər Əliyev Mərkəzində təşkil olunan sərgi 2018-ci il aprelin 5-dək davam edəcək.
Qəzzada müharibənin 175-cü günü: ölənlərin sayı artıb
Biznesmen deputat Ülvi Quliyev federasiyanın fəxri prezidenti olacaq - O, yeni sayt da yaradıb
Sabah yağış yağacaq
"Bu işdə dərman alverçilərinə kömək edən məmurlar var" - Deputat kimlərin "bostanına daş atdı?"
"Fənərbağça" bu futbolçuya qapını göstərdi: "Özünə yeni klub tap!"
Yunanıstanda güclü zəlzələ olub - 5,8 bal gücündə
Üzərinə həbs qoyulmuş əmlaklar... - Yeni qaydalar müəyyənləşib
Bu qanunu pozanlar cəzalandırılacaq - Detallar
Yeni tiklilərə su necə veriləcək? - Qanun dəyişdi
"Bavariya" Arda Güləri transfer etmək istəyir
Daha 163 dövlət əmlakı hərraca çıxarılıb
Deputatlar toplanıb: daha 21 məsələ müzakirəyə çıxarılıb - SİYAHI
YOXSULLUQ və YOXSULLAR
"İncə səhər" verilişində qalmaqallı rəqs...- VİDEO
İsrail Hələb hava limanını bombalayıb - Xeyli ölən və yaralanan var
Jurnalist İdrak Camalbəyli qəfil vəfat etdi
Ombudsman bəyanat yayıb - MƏTN
Türk aktyor COVİD-ə yoluxub - Filmin çəkilişi təxirə salınıb
Qəzzada bir ev vuruldu: 13 nəfər həlak olub, yaralılar var
İstanbulda nəhəng xalça fabriki yanıb - FOTOLAR
Qazaxda əməliyyat: Şöhrət Orucov saxlanılıb
Füzuli şəhərinə daha 138 nəfər köçürülüb
Azərbaycan neftinin qiyməti 90 dollara çatır
Professor Tufan Axundov vəfat edib
XİN başçısı: "Putin bu qüsuru gizlətməyə çalışır"
Roma Papası 12 qadın dustağın ayağını yudu və öpdü - FOTO
İsrail Dəməşqi yenidən vurub - Yaralılar var
İtaliya XİN başçısı İsrailə çağırış edib: "Rəfaha girməyin" - "İki dövlət modeli üçün çalışırıq"
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Ramazanın 19-cu günü: imsak və iftar vaxtları
"Hesab məlumatlarınızı tanımadığınız şəxslərlə paylaşmayın” - DİN sözçüsündən xəbərdqarlıq
Rəsul Bağırov BMT-nin rezident əlaqələndiricisi təyin olunub
Nazir daha bir xanıma yüksək vəzifə verdi - FOTO
Premyer Liqa: növbəti turun təyinatları bəlli olub
Ağdərədə qumbaraatan və pulemyot tapılıb
Türkiyə kubokunun təqvimi açıqlandı
Əməkdar artist Rahib Əliyev vəfat edib
Daha bir sosial media fenomeni tutulub - Xanımı ilə birgə