“MİR” Dövlətlərarası Teleradio Şirkətinin 25 illiyi ilə əlaqədar atəşfəşanlıq

img

06-10-2017 [11:18]


Ötən gün"MİR” Dövlətlərarası Teleradio Şirkətinin 25 illiyi münasibətiləMDB ölkələrində, həmçinin Gürcüstanda möhtəşəm atəşfəşanlıq keçirilib.

Mia.az-ın məlumatına görə, böyük maraqla qarşılanan atəşfəşanlıq "MİR” TV-nin loqosunu özündə əks etdirən rənglərlə ifadə olunub və müəyyən edilmişyerlərdətəşkil olunub.Bakıda isə uzun müddət yaddaşlarda qalacaq yubiley atəşfəşanlığı "Dağüstü” parkda keçirilib. Atəşfəşanlığı "MİR” DTRŞ-nin Azərbaycan Milli Nümayəndəliyinin əməkdaşları ilə yanaşı, xarici turistlər və şəhər sakinləri maraqla izləyiblər.

Qeyd edək ki, "MİR” Dövlətlərarası Teleradio Şirkəti 1992-ci ildə MDB məkanında informasiya mübadiləsini daha dolğun və düzgün çatdırımaq məqsədilə yaradılıb."MİR” Teleradio Şirkətinin verilişləri MDB-yə üzv olan 9 ölkədə, eləcə də Gürcüstanda, Baltik və Şərqi Avropa ölkələrində yayımlanır. Hesablamalaragörə "MİR”, "MİR-24” və "MİR-HD” kanallarını gündəlik 140 milyona yaxın tamaşaçı izləyir .



Digər xəbərlər
SON XƏBƏRLƏR