Şriftin ölçüsü / 301 dəfə oxunub

Əbülfəz Elçibəyin sabiq müşaviri vəfat etdi...

05 Oktyabr 2017 [12:25]

Mərhum prezident Əbülfəz Elçibəyin sabiq müşaviri, Müsavat Partiyasının məclis üzvü Rafiq Bəy İsmayıl bu gün  dünyasını dəyişib.

Mia.az xəbər verir ki, bu barədə oğlu, Türkiyədə elmi-pedaqoji fəaliyyətlə məşğul olan politoloq Toğrul İsmayıl sosial şəbəkədə açıqlama verib: "Sevgili atamız, ailəmizin ağsaqqalı Rafiq Bəy İsmayıl vəfat edib. Bütün sevənlərinə duyurulur...".

Qeyd edək ki, bir neçə gün əvvəl Rafiq bəyin səhhətində qəfil problem yaranmışdı. O, xəstəxanada müalicə olunurdu...

Mia.az-ın kollektivi Rafiq bəyin vəfatından kədərləndiklərini bildirir, mərhumun həyat yoldaşı Xanım Xəlilovaya, oğlu Toğrul İsmayıla və bütün  doğmalarına başsağlığı verir. 

Allah rəhmət eləsin!



SON XƏBƏRLƏR