Azərbaycan vətəndaşlığı 50 milyona satılır - İddia

img

04-10-2017 [14:34]


"Müvafiq qanunvericiliyə görə, Azərbaycan Respublikasının vacib normalarına riayət edən hər bir kəs öz ölkəsinin vətəndaşıdır. Amma əcnəbi vətəndaşlar, Azərbaycan iqtisadiyyatına 50 milyon manat dəyərində investisiya qoyarsa, həmin insan bizim ölkənin vətəndaşlığını daha asan qaydalarla və tez əldə edə biləcək”.

Mia.az xəbər verir ki, bu barədə echo.az-a Dayanıqlı İnkişaf Araşdırmaları Mərkəzinin nümayəndəsi Nəriman Ağayev bildirib.

Onun sözlərinə əsasən, bu zaman investor Azərbaycanda daimi yaşayış hüququ əldə etmiş olur.

"Ona görə də Azərbaycan vətəndaşlığını "satmağa” ehtiyac yoxdur. Lakin bu yolla xarici investorları ölkəmizə cəlb etmək olar. Məsələn, ölkədə bu və ya digər layihənin həyata keçiriləcəyini elan etmək və xarici investorlar tərəfindən maraq olduqda, onlara investisiya qarşılığında vətəndaşlıq təklif etmək olar”.

Qeyd edək ki, qanuni əsaslarla ölkəmizin ərazisində son beş il ərzində yaşayan, qanuni gəlir mənbəyi olan, Azərbaycanın Konstitusiya və qanunlarına riayət edən, dövlət dilini bilməsi haqqında müvafiq sənədləri təqdim edən xarici vətəndaşlar, yaxud vətəndaşlığı olmayan şəxslər irqindən və milliyyətindən, cinsindən, təhsilindən, dini mənsubluğundan, siyasi və digər baxışlarından asılı olmadan, qanunvericiliyə müvafiq olaraq, öz ərizəsi əsasında Azərbaycan vətəndaşı ola bilərlər.


Digər xəbərlər
SON XƏBƏRLƏR