Mərkəzi Bank valyuta ehtiyatlarını artırıb - 30 faiz

img

04-10-2017 [14:13]


Azərbaycan Mərkəzi Bankının (AMB) sərəncamında olan rəsmi valyuta ehtiyatların həcmi açıqlanıb.

AMB-dən Mia.az-a verilən məlumata görə, Mərkəzi Bankın valyuta ehtiyatları 2017-ci il oktyabr ayının 1-nə 5 mlrd. 167,5 mln. ABŞ dolları təşkil edib. Bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 1 mlrd. 34,80 mln. dollar və ya 25,04% çoxdur. Sentyabr ayı ərzində isə Mərkəzi Bankın valyuta ehtiyatları 66,30 mln. dollar və ya 1,30% artıb.

Cari ilin əvvəlindən artım 1 mlrd. 193,10 mln. dollar və ya 30,02% olub.


Digər xəbərlər
SON XƏBƏRLƏR