Vidadi Zeynalovuin apellyasiya şikayəti üzrə məhkəmə başlayıb

img

03-10-2017 [14:53]


Bakı Apellyasiya Məhkəməsində "Rabitə işi” üzrə təqsirləndirilən şəxslərin arellyasiya şikayəti əsasında məhkəmənin ilkin baxış iclası başlayıb.

Prosesə hakim Qədim Babayev sədrlik edir. Təqsirləndirilən şəxslər barələrində bəraət hökmü çıxarılmasını istəyiblər.

Qeyd edək ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmünə əsasən, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin sabiq Ararat rəhbəri Vidadi Zeynalov 13 il, Bakı Telefon Rabitəsi İstehsalat Birliyinin baş direktoru Beytulla Hüseynov 13 il, "Ortik Rabitə, Tikinti və Quraşdırma” MMC-nin direktoru Namazalı Məmmədov 11 il, Emin Məmmədov 10 il, Anar Mustafayev 5 il, Qəmbər Bəybalayev 3 il müddətinə azadlıqdan məhrum edilib.

Məhkəmə Məhəmməd Məmmədov, Oktay Rüstəmov, Səhlab Hümbətov, Cəlil Cəfərov, Bayram Vəliyev barəsində 2 il sınaq müddəti təyin edilməklə şərti cəza seçib, onlar məhkəmə zalından azadlığa buraxılıblar.

APA

Digər xəbərlər
SON XƏBƏRLƏR