İdmançılarımız vətənə qələbə ilə döndülər

img

03-10-2017 [12:48]


Gürcüstanda keçirilən Kyokuşinkarate üzrə Açıq Qafqaz çempionatında Azərbaycan idmançıları uğurla çıxış edib.

Yarışda 11 idmançı ilə iştirak edən milli komandamız 7 nəticə göstərərək vətənə dönüblər.

Çempionatda 75 kq çəkidəbütün rəqiblərini məğlub edən Eltac Hümbətov, xüsusilə iki erməni rəqibi üzərində təmiz qələbə qazanaraq çempion olub. Digər idmançılar Valeh Cəfərov ikinci, Niyaməddin Əliyev, Nail Quliyev, Rüfət Babayev, Etbar Ağalaroğlu və Solmaz Zeynallı üçüncü yerə layiq görülüblər.

Qeyd edəkki, Eltac Hümbətov gənc yaşlarından Azərbaycan Respublikasının idman ustası adına layiq görülüb.Dəfələrlə respublika çempionu,beynəlxalq turnirlərin qalibi, Avropa çempionu və birneçə dəfə avropa mükafatçısı olmuşdur.Son qələbəsi ilə kişilər arasındaikiqat Qafqaz çempionlugu tituluna da yiyələnib.







Digər xəbərlər
SON XƏBƏRLƏR