Qəhrəmanlarımızın igidlikləri təbliğ olunacaq - Tədbir

img

02-10-2017 [17:12]



30 sentyabr 2017-ci il,Bakı şeheri,Beynəlxalq Mətbuat Mərkəzində Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə "Sağlam Dünya” İctimai Birliyi tərəfindən Şəhidlərimizin, milli qəhrəmanlarımızın igidliklərinin təbliğinə həsr olunan tədbir keçrilib.

Tədbirı giriş sözü ”Sağlam Dünya” İctimai Birliyinin təlim üzrə koordinatoru Ramilə Quliyeva açıb. Layihənin rəhbəri,”Sağlam Dünya” İctimai Birliyinin sədri İlqar Quliyev Şəhidlərimizin, milli qəhrəmanlarımız haqqinda cixiş edərək layihə barədə tədbir iştirakçılarına məlumat verib.

Dəyirmi Masada Qeyri-Hökumət Təşkilatlarının rəhbərləri və nümayəndələri, Ermənistanın Azərbaycana qarşı ərazi işğalında iştirak edib döyüşdə yaralanmış əsgər və zabitlərimiz,o cümlədən ermənilərin işğalçılıq siyasətinə qarşı görülən işlərin əsas müəlliflərindən ibarət nümayəndə heyəti iştirak edib. Tədbirdə əsgər və zabitlərimizin qəhrəmanlıq tarixçələri ilə bağlı məlumatlar və görülməli işlərlə bağlı çıxış və təkliflər dinlənilib.

Çıxışlarda qeyd olunub ki, gənc nəslin milli mənlik şürunun, hərbi vətənpərvərlik ruhunun yüksəldilməsinə nail olunması və Qarabağ savaşında, Azərbaycan-Ermənistan cəbhəsinin digər zonalarında ərazilərimizin müdafiəsi və erməni quldurlarından təmizlənməsində igidlik göstərmiş milli qəhrəmanların şəhidlərimizin təbliğ edilməsidir.





Digər xəbərlər
SON XƏBƏRLƏR