Biləcəridə Beynəlxalq Ahıllar Günü qeyd olundu

img

02-10-2017 [16:46]


Biləcəri qəsəbəsində Beynəlxalq Ahıllar Günü hər il qeyd olunduğu kimi bu ildə qəsəbəmizdə 1 Oktyabr - Beynəlxalq Ahıllar Günü qeyd olundu.

Bayram münasibəti ilə Biləcəri Lokomotiv Deposunda 50 il əmək fəaliyyəti olan qəsəbə sakinlərimiz Məhəmməd və Solmaz Həsənovlar ailəsi evlərində ziyarət olunaraq bayram münasibəti ilə təbrik edildi.

Təşkil edilən ziyarətdə Binəqədi rayon İcra Hakimiyyətinin əməkdaşları, Biləcəri bələdiyyəsinin sədri Hikmət Quliyev, bələdiyyənin "İctimai-humanitar” sektor müdiri və 25 saylı şəhər poliknikasının tibb personalı iştirak edib.

Həkimlər tərəfindən ahıllarımız müayinə edilmiş və sonda xatirə fotosu çəkdirilib.


Digər xəbərlər
SON XƏBƏRLƏR