Ali məktəbə qəbul olunmuş sağlamlıq imkanları məhdud Biləcəri sakininə dəstək

img

30-09-2017 [16:41]


Binəqədi Rayon İcra Hakimiyyətinin dəstəyi və Biləcəri bələdiyyəsinin təşkilatçılığı ilə ali məktəbə qəbul olunmuş sağlamlıq imkanları məhdud sakinimiz Amin Fərəczadə ziyarət edilib.

Görüşdə Binəqədi Rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Seymur Hacıyev, Biləcəri bələdiyyəsinin sədri Hikmət Quliyev və bələdiyyənin "İctimai-humanitar” sektor müdiri Amin Fərəczadəni tələbə olması münasibətilə təbrik etmiş və gələcək təhsilində uğurlar diləyiblər.

Amin Fərəczadə gənclərə göstərilən diqqətə görə ölkə başçısı cənab İlham Əliyevə və onu bu uğuru münasibətilə təbrik edən rayon rəhbərliyinə təşəkkürünü bildirib.

Sonda Amin Fərəczadə ilə xatirə fotosu çəkdirilmiş və ona rayon adından hədiyyə təqdim edilib.


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:42 29.03.2024

Sabah yağış yağacaq

10:49 29.03.2024

YOXSULLUQ və YOXSULLAR