Azərbaycanda hepatitlər dövlət proqramı ilə pulsuz mualicə edilir

img

27-09-2017 [18:11]


Azərbaycanda viruslu hepatitlərin yayılması ilə vəziyyət analiz edilirkən, diqqəti çəkən məqam ondan ibarətdir ki, bizdə hepatit B və hepatit C virusu daha çoх qeydə alınır və bu da riskli davranışları tətbiq edən əhali qrupları - venadaхili narkotik istifadəçiləri və seks xidməti göstərən qadınlar arasındadır. 

Hazırda insanın immunçatışmazlığı virusu (İİV-HİV) qeydiyyatda olan venadaхili narkotik istifadəçiləri arasında paralel olaraq hepatitlərin aşkarlarması 70%-dən yuхarıdır. Bu isə ölkədə epidemioloji vəziyyətə mənfi mənada təsir göstərməyə bilməz. Çünki bu qrup qapalıdır, onlar arasında hazırda HİV-lə bağlı profilaktika işləri və zərərin azaldılması proqamları tətbiq olunsa da, viruslu hepatitlərin müalicəsinin aparılması işlərə ciddi ehtiyac vardı.

Dünya Səhiyyə Təşkilatı (DST) iki il bundan öncə dünya ölkələrinə müraciət edərək viruslu hepatitlərin profilaktikası, diaqnostikası və mualicəsi ilə bağlı milli səviyyədə həyata keçirilən tədbirlərin daha da gücləndirilməsini tövsiyə edərək, bununla bağlı qətnamə qəbul etmişdi. Azərbaycan hokumətinin iyun, 2014-cü ildən etibarən tətbiq etdiyi proqrama əsasən, ölkəmizdə hepatitli insanların müalicəsi pulsuz, dövlət hesabına həyata keçirilir. Bu proqram riskli davranşlı insanlarla yanaşı, əhalinin daha geniş təbəqəsi arasında ehtiyacı olanlara da yönəldilməsi məqsədi daşıyır. 

Qeyd edək ki, 2014-cü ildən etibarən adıçəkilən proqram üzrə ölkəmizdə hepatitli insanların müalicəsinə başlanılıb.

Son 15 il ərzində riskli davranışlı insanlar və ümumi əhali populyasiyası arasında viruslu hepatitlərin aşkar edilməsinə dair məlumatların analizinə görə, birinci qrup insanlar arasında viruslu hepatitlə daha çoх sayda aşkar edilib.

Respublika QİÇS-lə Mübarizə Mərkəzinin (RQMM) araşdırmasına görə, son 11 il ərzində HİV-lə yaşayan insanlar arasında hepatit B-nin aşkarlanması ortalama olaraq 8,2% təşkil edib (3,8%-21,3% arasındakı orta göstərici). Eyni qrup arasında hepatit C-nin aşkarlanması isə ortalama olaraq 56,8% təşkil edib (31,6%-70,9%). 

2011-ci ildə riskli davranışa malik qruplar arasında keçirilən kəşfiyyat epidemioloji nəzarət üzrə tədqiqatın nəticələrinə görə, hepatit B-nin və hepatit C-nin aşkarlanması üzrə ortalama göstərici ayrı-ayrı risk qrupları arasında aşağıdakı kimi təşkil edib:

· Venadaхili narkotik istifadəciləri: hepatit B – 10,1%, hepatit C – 62,8%

· Kişilərlə seks praktikası olan kişilər (MSM): hepatit B – 5,0%, hepatit C – 6,5%

· Seks işçiləri olan qadınlar: hepatit B – 5,3%, hepatit C – 11,7%

· Məhkumlar: hepatit B – 5,8%, hepatit C – 57,8%

· Küçə uşaqları: hepatit B – 3,5%, hepatit C – 8,0%

2014-cü ildən başlayaraq , ölkəmizdə hepatitli insanların pulsuz müalicəsinə başlanılıb. Viruslu hepatitlər əleyhinə antivirsu terapiyanın genişləndirilməsi ilə bağlı dövlət proqramına uyğun olaraq, 05.06.2014-30.12.2015-ci il ərzində Səhiyyə Nazirliyinə hepatitlərdən pulsuz müalicə üçün 3747 nəfər müraciət edib. Onların 2940 nəfəri (78,5%) hepatit C, 807 nəfərsə (21,5%) hepatit B-dən əziyyət çəkib. Qeyd olunan хəstələrin 2256 nəfəri (60,2%) pulsuz antivirus terapiya ilə təmin olunub.

Orxan Əzizov

Yazı Hüquqi İnkişaf və Demokratiya” Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım İctimai Birliyinin layihəsi çərçivəsində Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyəsi ilə hazırlanb.

Digər xəbərlər
SON XƏBƏRLƏR