Ali məktəblərə qəbulda 700 ballıq sistem saxlanılacaq

img

28-09-2017 [17:04]


Ali məktəblərə qəbul zamanı 700 ballıq sistem saxlanılacaq.

Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə bildirib ki, 2019-cu ildən ali təhsil müəssisələrinə qəbul zamanı buraxılış və qəbul imtahanın birgə nəticəsi götürülsə də, abituriyentlərin qiymətləndirilməsində yekun nəticə 700 bal olacaq.

M.Abbaszadə qeyd edib ki, buraxılış imtahanları və qəbul imtahanlarının vaxtı ilə bağlı indidən fikir söyləmək olmaz: "Hər ilin əvvəlində qəbul imtahanlarının vaxtı ilə bağlı elan verilir. 2 ildən sonra tətbiq ediləcək yeni imtahanların keçiriləcəyi vaxt da 2018-2019-cu tədris ilinin əvvəlində elan ediləcək”.


Digər xəbərlər
SON XƏBƏRLƏR