Mədət Quliyev üçün özəl gün

img

27-09-2017 [11:32]


Bu gün Dövlət Təhlükəsizliyi Xidməti rəisi, Milli Qəhrəman Mədət Quliyev 59 yaşını qeyd edir.

Yubiley astanasında olan DTX rəisi Quliyev Mədət Qəzənfər oğlu 27 sentyabr 1958-ci ildə, Gəncə şəhərində doğulub.

M.Quliyev uşaqlıqdan idmanla məşğul olub və bu sevgisinə görə də Azərbaycan Dövlət Bədən Tərbiyəsi İnstitutuna daxil olub. Hətta o, 1976-1980-ci illərdə Azərbaycan yığma komandasının tərkibində müxtəlif turnirlərdə iştirak edib. O, dəfələrlə yeniyetmələr arasında sambo üzrə müxtəlif turnirlərin iştirakçısı olub, SSRİ yarışlarında qələbə qazanıb.

1979-cu ildə idmanın cüdo növü üzrə SSRİ idman ustası normasını yerinə yetirib. Karate üzrə isə üçüncü dan qara kəmər alıb.

M.Quliyev 1992-1994-cü illərdə Banditizmə və Terrorizimə qarşı Mübarizə şöbəsinin rəisi işləyib. O, 1993-cü il dekabrın 10-da cinayətkar qrupun zərərsizləşdirilməsi zamanı ağır güllə yarası alsa da, mövqeyindən geri çəkilməyərək cinayətkarların məhv edilməsinə nail olub.

1994-1995-ci illərdə DİN-nin Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin Yevlax-Qazax Regional Şöbəsinin rəisi, 1995-1996-cı illərdə DİN-nin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin Reketlə mübarizə şöbəsinin rəisi vəzifəsinə yüksəlib.
1996-2001-ci illərdə DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin rəis müavini, 2001-2002-ci illərdə həmin İdarənin rəisi, 2002-2004-cü illərdə DİN-nin Baş Narkotiklərlə Mübarizə İdarəsinin rəisi, 2004-2006-cı illərdə Azərbaycan Respublikasında İnterpolun Milli Mərkəzi Bürosunun rəisi, 2006-2011-ci illərdə DİN-in Baş Mühafizə İdarəsinin rəisi, 2011-2015-ci illərdə Ədliyyə Nazirinin müavini, Penitensiar Xidmətin rəisi, 2015-ci ilin oktyabr-dekabr aylarında isə Azərbaycan Respublikası Milli Təhlükəsizlik nazirinin birinci müavini vəzifələrində çalışıb.
Prezidentin 14 dekabr 2015-ci il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti rəisi təyin edilib.

O, 1995-ci ildə Azərbaycanın Milli Qəhrəmanı fəxri adına layiq görülüb, 2014-cü ildə isə "Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.
Ailəlidir. İki övladı var.


Digər xəbərlər
SON XƏBƏRLƏR