Gədəbəydə ata-anasını qətlə yetirən şəxs tutulub

img

26-09-2017 [12:09]


Gədəbəydə ata-anasını qətlə yetirən şəxs tutulub.

Rayon Polis Şöbəsindən verilən məlumata görə, həyata keçirilən əməliyyat tədbirləri nəticəsində Şöhrət Məsimov rayonun Dəyirmandağ kəndi ərazisində Qarabağlılar adlanan ərazidə köhnə tikilidə gizləndiyi məlum olub və o həmin yerdə tutulub.

Qeyd edək ki, Daxili İşlər Nazirliyinin yaydığı məlumata görə, sentyabrın 21-də Gədəbəy rayonunun Qurudərə kəndində yaşayan Şöhrət Məsimov evində ailə-məişət münaqişəsi zəminində atası Mikayılı və anası Aynanı bıçaqla qətlə yetirib hadisə yerini tərk edib.

Faktla əlaqədar cinayət işi başlanıb.

APA



Digər xəbərlər
SON XƏBƏRLƏR