“Meyxanaçı Namiq Mənaya hər hansı vəzifə verməmişik” - Yazıçılar Birliyi

img

26-09-2017 [11:55]


Tanınmış meyxana ustası Namiq Mənanın Azərbaycan Yazıçılar Birliyinin (AYB) Qubadlı bölməsinə sədr seçilməsi ilə bağlı məlumat yayılıb.

Bəzi xəbər saytlarında tirajlanan xəbərdə bildirilir ki, bölmənin sədri vəzifəsinə seçki keçirilib və yeni yaradılan Qubadlı bölməsinə AYB Katibliyinin qərarı ilə Namiq Məna təsdiq olunub.
İctimaiyyət meyxanaçının Yazıçılar Birliyinin bölmə sədri təyin olunmasını xoş qarşılamayıb.

Məsələ ilə bağlı Modern.az saytı Azərbaycan Yazıçılar Birliyinin (AYB) mətbuat katibi Xəyal Rza ilə əlaqə yaradıb. O bildirib ki, bu barədə yayılmış məlumatlar yanlışdır:

"Təbii ki, meyxanaçının AYB-yə üzv olma ehtimalı mümkündür. Meyxanaçı da şeir yazır. Amma AYB-nin katibliyinin Namiq Mənanın Qubadlı bölməsinə sədr seçilməsi ilə bağlı hər hansı qərarı olmayıb. Əgər AYB-nin katibliyinin bu barədə qərarı yoxdursa, deməli, yayılan xəbər də səhv məlumatdır".


Digər xəbərlər
SON XƏBƏRLƏR