Cəlilabad meşəsində yanğın - Nazirikdən açıqlama

img

25-09-2017 [19:55]


Bu gün saat 17:30 radələrində Cəlilabad rayonunun  Zopun kəndi yaxınlığındakı  bələdiyyə ərazisində,  Cəlilabad Meşə Mühafizəsi və Bərpası Müəssisəsinin Cəlilabad meşəbəyliyinin 4 saylı dolayının sərhədində yanğın hadisəsi baş verib.
 
Mia.az Ekologiya və Təbii Sərvətlər Nazirliyinə istinadən xəbər verir ki, bələdiyyə ərazisində baş verən yanğının meşə fonduna keçməməsi üçün əraziyə dərhal Ekologiya və Təbii Sərvətlər Nazirliyinin yerli qurumlarının əməkdaşları və Fövqəladə Hallar Nazirliyinin Yanğından Mühafizə Dəstəsinin nümayəndələri cəlb edilib:

"Meşə işçilərinin və yanğından mühafizə dəstəsinin ciddi səyləri nəticəsində yanğın qısa müddətdə söndürülüb, yanğının meşə sahəsinə keçməsinin qarşısı alınıb". 

Digər xəbərlər
SON XƏBƏRLƏR