Hərbi rütbədən, fəxri addan, dövlət təltifindən məhrumetmə.... - Parlament dəyişiklik edəcək

img

25-09-2017 [19:40]


Milli Məclisin payız sessiyasında Cinayət Məcəlləsinə dəyişiklik ediləcək. Bununla bağlı Məcəllənin 48-ci maddəsinə dəyişiklik edilir.

Dəyişikliyə görə, 48.0. Ağır və ya xüsusilə ağır cinayət törətmiş şəxsin məhkum olunması zamanı məhkəmə cinayətin ictimai təhlükəsizliyinin xarakterini və dərəcəsini, təqsirkarın şəxsiyyətini və işin digər hallarını nəzərə alaraq onun xüsusi və ya hərbi rütbədən, fəxri addan və dövlət təltifindən məhrum edilməsinin zəruriliyi nəticəsinə gəldikdə aşağıdakı qərarlardan birini qəbul edir:

48.0.1. Azərbaycan Respublikasının Konstitusiyasının 109-cu maddəsi ilə müəyyən edilmiş qaydada müvafiq icra hakimiyyəti orqanı tərəfindən verilən ali xüsusi və ya ali hərbi rütbədən, yaxud fəxri addan və ya dövlət təltifindən məhrum edilməsi məsələsinə baxılması üçün, bu barədə həmin orqana təqdimat göndərir;

48.0.2. digər dövlət təltifindən, xüsusi və ya hərbi rütbədən məhrum edilməsi barədə müvafiq qərar qəbul edir.

Modern.az


Digər xəbərlər
SON XƏBƏRLƏR
10:49 29.03.2024

YOXSULLUQ və YOXSULLAR