Iraq parlamentindən sensasion qərar: "Kərkükə əsgər yeridilir, neft Bərzanidən alınır, səs verən məmurlar isə..."

img

25-09-2017 [18:16]


Iraq parlamenti Kərkük neftinin mərkəzi hökumətə təsim edilməsi və referendumda səs verən məmurların vəzifədən uzaqlaşdırılması haqda rəsmi qərar qəbul edib. Bununla yanaşı, parlamentin qərarı ilə Kərkükə əsgər göndəriləcək.  

Mia.az Türkiyə mediasına istinadən xəbər verir ki, bu barədə İraq parlamentinin Təhlükəsizlik və Müdafiə Komitəsinin sədri Hakim Zamili mətbuat konfransında məumat verib.

Komitə sədri bildirib ki, qərar təhlükəsizlik və icra orqanlarında vəzifə tutan bütün şəxsləri əhatə edəcək: "Büdcə qurumlarında çalışan və səsvermədə iştirak edən bütün məmurlar işlərindən çıxarılacaq. Eyni zamanda, Kərküklə yanaşı, digər mübahisəli şəhərlərə hərbi birliklər göndəriləcək. Onlara yeri gələrsə, hərbi gücdən istifadə etmək səlahiyyəti də veriləcək".

Mia.az

Digər xəbərlər
SON XƏBƏRLƏR