"Ayaqyolunda mənə təcavüz etdi" - 12 yaşında zorlanan Samirə (VİDEO)

img

25-09-2017 [13:14]


ARB TV-nin Düz bazar verilişində zorlanan qadınlar danışdırılıb.

Onlardan biri Samirə adlı xanım olub. Onun sözlərinə görə 12 yaşı olanda zorlanıb: "Orta məktəbdə oxuyurdum. Məktəbin ayaqyolunda oğlan mənə təcavüz etdi. Bu hadisədən sonra mənim gözümün içinə baxa bilmirdi. Özünü elə aparırdı ki, guya belə bir hadisə heç olmayıb. 1 həftə sonra bu hadisəni anama danışdım. Anam məni evdən qovdu və bir müddət xalamın evində qaldım. Sonra anam pis olub məni evə çağırdı. Heç bir oğlanla münasibət qura bilmirəm. O hadisə ağlıma gəlirdi deyə heç bir oğlana inanmıram".

Aytənin anası Esmira xanım isə qızının zorlandığını eşidəndə əksinə, ona ana qucağını açıb: "12 yaşlı qızın təcavüzə uğraması çox ağır dərddir. Bu hadisə qızımı dərindən yaraladı. Heç bir valideynə bu dərdi arzulamıram. Hadisəni eşidən kimi polisə müraciət etdik. Bizə çox köməklik etdilər. Qızım indi ətrafdan çox uzaqdı. Onun həyata baxışı çox dəyişib. Hamıdan ehtiyyat edir. Hər kəsdən qorxur".





Digər xəbərlər
SON XƏBƏRLƏR
12:42 29.03.2024

Sabah yağış yağacaq

10:49 29.03.2024

YOXSULLUQ və YOXSULLAR