Erməni deputatlar Bakını tərk etdilər

img

25-09-2017 [12:10]


Milli Məclisdən verilən məlumata görə, Avrones PA-nın Bakıda keçirilən konfransında iştirak edən Ermənistan Parlamentinin Xarici əlaqələr komitəsinin sədri Armen Aşotyan və deputat Mane Tandilyanın Azərbaycana rəsmi səfəri başa çatıb. Onlar artıq Bakını tərk ediblər.

Qeyd edək ki, sentyabrın 21-də Ermənistan Parlamentinin Xarici əlaqələr komitəsinin sədri Armen Aşotyan və deputat Mane Tandilyan Bakıda keçirilən "Dayanıqlı İnkişaf Məqsədləri üzrə gender bərabərliyinin və qadın sağlamlığının təşviqinə "Şərq Tərəfdaşlığı” ölkələri parlamentlərinin cəlb edilməsi” adlı beynəlxalq konfransda iştirak etmək üçün Azərbaycana gəlmişdilər. Ermənilərin Bakıya gəlişi ölkə ictimaiyyəti tərəfindən birmənalı qarşılanmamış, Qarabağ Azadlıq Təşkilatı isə buna qarşı etiraz aksiyası keçirmişdi.

Bakıda olduca yaxşı qorunan erməni deputatlar Qız qalası və bir sıra başqa yerləri gəzməyə də fürsət tapdılar(Modern.az).


Digər xəbərlər
SON XƏBƏRLƏR