Azərbaycandan 900 nəfər İŞİD-ə qoşulub, 300-ü ölüb, 85-i həbsdədir - Mədət Quliyev

img

24-09-2017 [12:31]


Azərbaycandan 900 nəfər İŞİD terror təşkilatına qoşulub.

Bunu jurnalistlərə açıqlamasında Dövlət Təhlükəsizlik Xidmətinin rəisi Mədət Quliyev bildirib. M.Quliyev deyib ki, onlardan 85 nəfər hazırda həbsdədir,195 nəfər isə vətəndaşlıqdan çıxarılıb:

"Müəyyən azərbaycanlılar İŞİD-in qara təbliğatına inanıblar, bəzi vətəndaşlarımız onlara qoşulublar”.

M. Quliyev deyib ki, bəziləri ailələri ilə ora gedib və orda uşaqları olub: 

"Təbii ki, o uşaqların da orda ölməsi faktları var. Bizə məlumat daxil oldu ki, 300-ə yaxın azərbaycanlı orda döyüşlərdə həlak olub. Hazırda bizim əməkdaş İraqdadır və biz bu məlumatın doğru olub-olmadığını araşdırırıq. Valideynləri həlak olan azyaşlı azərbaycanlı uşaqların geri qaytarılması üçün aidiyyəti dövlət orqanları ilə əməkdaşlıq edilir”.



Digər xəbərlər
SON XƏBƏRLƏR