Yolunu paylaş, yolundan qalma

img

23-09-2017 [21:40]


"Təbiət Dostları” Gənclər Təşkilatının təşkilatçılığı ilə Fabrika Kovorkinq Mərkəzində 22 sentyabr tarixində dünyada qeyd olunan "Avtomobilsiz bir gün” kampaniyasına həsr olunmuş "Yolunu paylaş-2” mövzusunda növbəti maarifləndirici görüş keçirilib.

Təşkiatdan Mia.az-a veriən məlumata görə, görüş "Təbiət Dostları” Gənclər Təşkilatının təşəbbüsü, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi və "Sağlam Düşüncə” Gənclər Təşkilatının tərəfdaşlığı ilə "Yolunu Paylaş” sürücülər və velosipedçilər arasında maarifləndirmə layihəsi çərçivəsində baş tutub.

Layihənin əsas məqsədi sürücülər və velosiped istifadəçiləri arasında velosipedçilərin mərkəz yollardan istifadə qaydaları haqqında maarifləndirmə işini təşkil etmək, hər iki tərəfə hüquq və vəzifələri haqqında dolğun məlumat çatdırmaqdır.

Qeyd edək ki, layihə çərçivəsində ilk görüş 31 avqust 2017-ci il tarixində baş tutub. 

Görüşdə Azərbaycan Respublikası Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşı yol hərəkəti iştirakçılarının əsas vəzifələri və hüquqları, nəqliyyat vasitələrinin idarə edilməsi və yolun hərəkət hissəsində yerləşməsi, yol nişanları, mexaniki nəqliyyat vasitəsi sürücüsünün vəzifələri, velosipedlərin, mopedlərin hərəkətlərinə dair tələblər, velosipedçinin vəzifələri haqqında ətraflı məlumat verib.

Digər xəbərlər
SON XƏBƏRLƏR