Sabah hava necə olacaq? - Nazirlik proqnozu açıqladı

img

23-09-2017 [13:15]


Sentyabrın 24-də Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu əsasən yağmursuz olacaq. Mülayim şimal-qərb küləyi arabir güclənəcək.
 
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, havanın temperaturu gecə  18-22° isti, gündüz  27-31° isti, Bakıda gecə  19-21°, gündüz  29-31° isti olacağı gözlənilir. Atmosfer  təzyiqi  762  mm civə sütunundan 765  mm civə sütununa yüksələcək. Nisbi rütubət  gecə 70-80 %, gündüz  35-40 % olacaq. 
 
Rayonlarda bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir.

Səhər ayrı-ayrı yerlərdə duman olacaq, qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə  15-20°, gündüz  27-32° isti, dağlarda gecə 10-15°, gündüz 18-23° isti olacağı gözlənilir.

Digər xəbərlər
SON XƏBƏRLƏR
21:18 23.04.2024

Millimiz Belarusa uduzub