Elmar Məmmədyarov ABŞ-da həmsədrlərlə görüşdü - Qarabağ müzakirəsi

img

22-09-2017 [23:45]


Nyu-Yorkda Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov və ATƏT-in Minsk qrupunun həmsədrləri arasında görüş başa çatıb.
 
Bu barədə XİN-in mətbuat katibi Hikmət Hacıyev bildirib.
 
Onun sözlərinə görə, görüş təxminən saat yarım davam edib.
 
Görüş BMT Baş Assambleyasının 72-ci sessiyası çərçivəsində baş tutub. Görüşdə Dağlıq Qarabağ münaqişəsi və gündəlikdə duran məsələlər müzakirə edilib.
 
Qeyd edək ki, sentyabrın 23-də isə həmsədrlərin iştirakı ilə E. Məmmədyarovun Ermənistan xarici işlər naziri Edvard Nalbandyanla görüşü nəzərə tutulub/APA.

Digər xəbərlər
SON XƏBƏRLƏR