"AA” nömrəli maşınla qadın vuruldu - Sürücü şirkət rəhbəridir

img

22-09-2017 [13:47]


Xəbər verdiyimiz kimi, Mingəçevir şəhərində bir qadının xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. 

Hadisə 20 yanvar küçəsinin Heydər Əliyev prospekti ilə kəsişmə nöqtəsinə yaxın ərazisində qeydə alınıb. Belə ki, "66 AA 155” dövlət qeydiyyat nişanlı "Mercedes” və "Mitsubishi” markalı avtomobillər toqquşub. Qəza nəticəsində "Mitsubishi”də olan mingəçevirli qadın Ağayeva Diliş Mehman qızı ağır xəsarət alıb. Yaralı taksi ilə şəhər xəstəxanasına çatdırılıb. Hadisə ilə bağlı araşdırma aparılır.

Mia.az xəbər verir ki, unikal.org 66 AA 155 dövlət qeydiyyat nişanlı "Mercedes” avtomobilnin kimə məxsus olmasını araşdırıb.

Məlum olub ki, qəza törədən maşın Yevlax "Delfin” MMC istehsalat müəssisəinə məxsusdur. Qəzanın Azad İsayev tərəfindən törədildiyi bildirilir.

Qeyd edək ki, Yevlax "Delfin” MMC-nin təsisçisi İsayev Azad Şəmil oğludur.


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:42 29.03.2024

Sabah yağış yağacaq

10:49 29.03.2024

YOXSULLUQ və YOXSULLAR