"Burada evimiz var idi, bilirdim hara gəlirəm" - Erməni deputat Bakıda danışdı

img

22-09-2017 [13:39]


"Axırıncı dəfə Bakıda 1988-ci ilin yanvarında olmuşam. O vaxt 13 yaşım var idi. Bu, Qarabağ münaqişəsinin başlamasından bir ay əvvəllə təsadüf edirdi. Mənim anam bakılıdır. Şəhəri bir az tanıyıram".
 
APA-nın məlumatına görə, bunu "Dayanıqlı İnkişaf Məqsədləri üzrə gender bərabərliyinin və qadın sağlamlığının təşviqinə "Şərq Tərəfdaşlığı” ölkələri parlamentlərinin cəlb edilməsi” adlı beynəlxalq konfransda iştirak etmək üçün Bakıda səfərdə olan Ermənistan parlamentinin Avronest Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri Armen Aşotyan deyib.
 
O, tətillərini Bakıda keçirdiyini bildirib: "Burada evimiz var idi. Bilirdim ki, hara gəlirəm. Şadam ki, azərbaycanlı həmkarlarım konfransın Bakıda keçirilməsi təşəbbüsü ilə çıxış ediblər. Belə bir məsələ parlament və ya siyasi gündəlikdə yoxdursa, Azərbaycana gəlmək üçün başqa şans tapmaq çox çətindir".

Digər xəbərlər
SON XƏBƏRLƏR