Bərzani dünyaya dirənir: "Geri çəkilməyəcəyik" - Ərdoğan sərt çıxdı, Türkiyə Bərzanini "can damarı"ndan vuracaq

img

22-09-2017 [11:31]


İraq Kürd Muxtariyyətinin ideri Məsud Bərzani dünyanın aparıcı ölkələrinin çağrışlarına baxmayaraq, sentyabrın 25-də müstəqillik referendumunun keçiriləcəyini bəyan edib.

Mia.az TRT-yə istinadən xəbər verir ki, Bərzani İraq hökuməti ilə dialoqa hazır oduqlarını bildirib və əlavə edib ki, sentyabrın 23-də danışıqlar aparmaq üçün Bağdada nümayəndə heyəti göndəriləcək:

"Ancaq bütün hallarda referendumdan geri çəkilmək söhbəti ola bilməz. Seçki keçiriləcək".

Xatırladaq ki, dünən İraq, İran və Türkiyə XİN rəhbərləri ortaq bəyanat yayaraq, seçkinin bölgədə ağır fəsadlara yol açacağını bəyan ediblər. Eyni bəyanat bu gecə Ərdoğan və Trampın birgə görüşündə də səsləndirilib. Bundan başqa, BMT, Avropa Birliyi və digər ölkələr də referendumun bölgədə vəziyyəti gərginləşdirəcəyini vurğulayaraq, seçkinin ləğv edilməsini vacib sayıblar.

Dünən Türkiyə prezidenti Ərdoğan isə Bərzani və müxtariyyəti açıq dillə hədələyib: "Dəqiq addımlarımız olacaq. Bunu yaxında görəcəklər. Bərzani daha əvvəlki münasibəti görməyəcək".

Bəzi dairələr isə Türkiyənin İraq Kürd Muxtariyyətinin "can damarı" hesab olunan Habur keçid məntəqəsini də bağlayacağını deyirlər. 

Xatırladaq ki, bu keçiddən hər gün müxtariyyətə yüzlərlə yük maşınları keçir, müxtariyyətin demək olar ki, bütün ərzaq və digər tələbatı bu keçid vasitəsi ilə təmin edilir. Əgər Türkiyə bu keçidi bağlayarsa, Bərzani hökumətinin ciddi iqtisadi və digər sıxıntılarla üz-üzə qalacağı sirr deyil. 

Mia.az

Digər xəbərlər
SON XƏBƏRLƏR
10:49 29.03.2024

YOXSULLUQ və YOXSULLAR