Tramp Ərdoğanla belə görüşüb, mesaj verdi: "Sizinlə danışmaq mənim üçün xöşbəxtlikdir" + VİDEO

img

22-09-2017 [10:39]


Türkiyə prezidenti Ərdoğanla ABŞ prezidenti Tramp ötən gecə görüşüblər.

Mia.az xarici mediaya istinadən xəbər verir ki, iki ölkə liderinin görüşü 50 dəqiqə çəkib.

Görüşdən əvvəl Ərdoğanla Tramp qısa açıqlamalar veriblər.

Tramp deyib ki, cənab Ərdoğanın ABŞ-la çox əla əlaqələri var: "Sizinlə danışmaq mənim üçün xöşbəxtlikdir".

Ərdoğan isə deyib ki, görüşdə Amerika-Türkiyə əlaqələri,  bölgədəki gəlişmələr və dünyadakı digər məsələləri müzakirə edəcəklər: "Mən, bu müzakirə imkanı yaratdığı üçün cənab Trampa çox minnətdaram. Dəyərli dostum Trampla həm heyətlərarası, həm də təkbətək görüş keçirəcəyik".

Görüşdən sonra isə Ərdoğan Trampla müzakirələrin çox yaxşı keçdiyini vurğulayıb. 

Türk lider bildirib ki, əsas Şimali İraq və Suriyadakı mövcud durumu təhlil ediblər: "Qərara aldıq ki, bölgədəki vəziyyətlə bağlı əlaqələrimizi daha da gücləndirək və bütün terror qrupları ilə mübarizəni daha sərt və ardıcıl aparaq".

Hər iki lider Bərzaninin Şimali İraqda sentyabrın 25-də keçirmək istədiyi referendumu pisləyib və bunun ciddi problemlərə yol açacağını vurğulayıblar.

ABŞ prezidenti Donald Tramp isə qeyd edib ki, Ərdoğanla dostdur. Onun sözlərinə görə, ABŞ-la Türkiyə arasında əlaqələr yüksək səviyyədədir: "O, artıq mənim dostumdur, onun liderliyi çox yüksək qiymətləndirilməlidir. Biz hazırda heç vaxt olmadığımız qədər çox yaxınıq”.

Mia.az



Digər xəbərlər
SON XƏBƏRLƏR