Cəbhə boyu gərginlik yaşandı - Düşmən 128 dəfə atəşkəsi pozub

img

22-09-2017 [09:37]


Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini 128 dəfə pozub.

Mia.az-ın Müdafiə Nazirliyinin saytına istinadən verdiyi xəbərə görə, Ermənistan Respublikası Noyemberyan rayonu ərazisindəki adsız yüksəkliklərdə, İcevan rayonunun Paravakar kəndində və adsız yüksəkliklərdə yerləşən mövqelərdən Qazax rayonunun Kəmərli, Qızılhacılı, Bala Cəfərli kəndlərində və adsız yüksəkliklərdə, Berd rayonunun Mosesqex, Çinari kəndlərində və adsız yüksəkliklərdə yerləşən mövqelərdən Tovuz rayonunun Əlibəyli,Ağdam, Muncuqlu, Qaralar kəndlərində, Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonunun Göyəli, Zamanlı kəndlərində və adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub.

Tərtər rayonunun işğal altında olan Çiləbürt, Yarımca,Ağdamrayonunun Cəvahirli, Abdinli, Qaraqaşlı, Kəngərli, Sarıcalı, Acarlı, Novruzlu, Yusifcanlı, Mərzili,Xocavəndrayonunun Kuropatkino,Füzulirayonunun Aşağı Veysəlli, Qobu Dilağarda, Qərvənd, Qaraxanbəyli, Aşağı Seyidəhmədli, Qorqan, Horadiz,Cəbrayılrayonunun Nüzgar kəndləri yaxınlığında, həmçinin Goranboy, Tərtər,AğdamvəXocavəndrayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.



Digər xəbərlər
SON XƏBƏRLƏR