İstanbulda təyyarə qəzasında 4 nəfər yaralanıb - Fotolar + Video + Yenilənir

img

21-09-2017 [23:51]


Atatürk Hava Limanında özəl təyyarə eniş edərkən yerə çırpılıb.

"Qafqazinfo” Türkiyə mətbuatına istinadən xəbər verir ki, qəzadan sonra təyyarə yanmağa başlayıb.

Dərhal yanğınsöndürənlər yanğına müdaxilə ediblər.

Qəzada ölən və yaralananlar barədə hələlik məlumat açıqlanmayıb. Hazırdan hava limanındakı digər uçuşlar təxirə salınıb.

***

Qəza nəticəsində 4 nəfər - 2 pilot, stüardessa və sərnişin yaralanıb. Yaralılar xəstəxanaya yerləşdirilib.

Məlumata görə, təyyarə texniki nasazlıq səbəbindən Atatürk Hava Limanına enərkən təkəri partlayıb və uçuş zolağından çıxıb.

Yanğın söndürüldükdən sonra hava limanında uçuşlar yenidən başlayıb.


Digər xəbərlər
SON XƏBƏRLƏR
21:18 23.04.2024

Millimiz Belarusa uduzub