21-09-2017 [19:53]
Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı son günlər Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadə haqqında mətbuatda yazılan informasiyalara münasibət bildirib.
Bununla bağlı "Qafqazinfo”ya açıqlama verən komitə sədri qeyd edib ki, Şeyxülislam Allahşükür Paşazadə ilə bağlı bu cür yazıların yazılması ziyanlıdır:
"Şeyxülislam Azərbaycanda və Qafqazda İslam dinini təmsil edən ən yüksək statuslu din xadimidir. Onun fəaliyyəti həm Ulu Öndər Heydər Əliyev, həm də prezident cənab İlham Əliyev tərəfindən yüksək qiymətləndirilib. Şeyxülislam kimi dövlətimizin orden və medalları ilə təltif olunub. Eyni zamanda, vaxtilə Şeyxülislama qarşı mətbuatda gedən yazılara Ulu Öndər öz kəskin etirazını bildirib.
Azərbaycanda dövlət-din münasibətlərini tənzimləyən prinsiplər Konstitusiyamızda təsbit olunub. Əsas qanunumuza görə, din dövlətdən ayrıdır. Bununla belə, dövlət və cənab prezident dini qurumlara qayğı ilə yanaşır. Dini qurumların, xüsusilə Qafqaz Müsəlmanları İdarəsinin hüquq və səlahiyyətləri qanunla müəyyənləşib”.
Onun sözlərinə görə, Şeyxülislam Allahşükür Paşazadənin rəhbərliyi ilə Qafqaz Müsəlmanları İdarəsi ölkədə şəriət məsələlərinin tənzimlənməsi, İslam maarifləndirməsinin həyata keçirilməsi istiqamətində ardıcıl fəaliyyət göstərir:
"Həmçinin, Şeyxülislamın İslam dünyası ilə, eləcə də dünyanın nüfuzlu dini mərkəzləri ilə əlaqələrin qurulmasında, beynəlxalq səviyyədə, xüsusilə MDB məkanında dinlərarası dialoq prosesinin həyata keçirilməsində, tolerant və multikultural dəyərlərin təbliğ edilməsində önəmli xidmətləri var. Buna görədir ki, o, xarici ölkələrin dövlət və hökumət başçıları tərəfindən də yüksək orden və medallara layiq görülüb.
Şeyxülislam Allahşükür Paşazadə Azərbaycanla, xüsusilə Qarabağla bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması istiqamətində məqsədyönlü fəaliyyət göstərir. O, dəfələrlə Azərbaycan həqiqətlərini dünyanın nüfuzlu tribunalarından səsləndirib.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi qanunvericiliyə uyğun olaraq, dini icmaların fəaliyyətinin təşkilində, dini maarifləndirmə işinin həyata keçirilməsində, Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında Qafqaz Müsəlmanları İdarəsi ilə birgə fəaliyyət göstərir. Bunun bariz nümunəsi ötən il "Multikulturalizm ili” və bu il "İslam Həmrəyliyi İli” çərçivəsində həyata keçirdiyimiz tədbirlərdir. Biz birlikdə cənab Prezidentin tapşırığına uyğun olaraq, "İslam Həmrəyliyi İli” çərçivəsində Bakıda, Finlandiyada və İranda beynəlxalq konfranslar keçirmişik. Növbəti konfranslarımız ilin sonunadək Türkiyə, Özbəkistan, İspaniya və Rusiyada keçiriləcək. Bununla yanaşı, Naxçıvanda və Bakıda ilin yekunlarına həsr olunmuş beynəlxalq konfrans təşkil olunacaq və Qafqaz Müsəlmanları İdarəsi ilə birgə fəaliyyətimiz bundan sonra da davam edəcək.
Bir daha vurğulamaq istəyirəm ki, Şeyxülislama qarşı bu cür qərəzli yazılar qəbuledilməzdir”.
Türkiyədə güclü zəlzələ olub
Respublika Pediatriya Mərkəzi yaradılıb - Direktor təyinatı olub
Somalidə “Əş-Şəbab”a qarşı əməliyyat: təşkilatın 10 üzvü öldürülüb
Azercell ADA-nın Karyera Hazırlığı Həftəsində iştirak edir - FOTOLAR
Kəmaləddin Heydərovun daha bir şirkəti məhkəməyə verilib
Hacıqabulda qatar qadını vurub
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Baş prokuror Çinə səfər edib
Nazir direktoru vəzifədən azad edib
Ramana qəsəbəsində 2 nəfər dəm qazından zəhərlənərək ölüb
Daha iki bankın əmlakları satışa çıxarılıb
Qubad İbadoğlunun cinayət işi yekunlaşıb
İcra başçısını söyən şəxsə 5 sutka verildi
Röya: "Ərə gedirəm, sevdimsə..." - VİDEO
Bakıda marketdən 8000 manatlıq spirtli içki oğurlanıb
Rəsmi Moskvadan azərbaycanlıların Ermənistandakı yurdlarına dönmələri barədə - Açıqlama
Zelenski Qərb liderlərinə "incik mesaj" verdi: "İsrailin səmasını qoruduğunuz kimi..."
Ağdamdakı Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin fəaliyyəti dayandırılır - Türkiyə MN açıqladı
Azercell “GSMA M360 EURASIA” tədbirinə ev sahibliyi edəcək
Azərbaycan futbolu və ya mərc oyunlarında fırıldaq şübhəsi
Müəllimlərin sertifikatlaşdırılması başlayır
Fuad Quluzadənin cinayət işi məhkəməyə göndərilib
Sabahın hava proqnozu açıqlandı
Politoloq: "Azərbaycanın KTMT-yə üzvlüyü mümkün deyil" - "Bu, Paşinyanın əlini gücləndirəcək"
İstanbulda əməliyyat: daha bir terrorçu tutulub
Bu rayonların şagirdləri imtahan verəcək - DİM-dən xəbərdarlıq
Tanınmış aparıcı bahalı avtomobilini satışa çıxarıb - VİDEO
Qəbula keçid balları qaldırılır? - VİDEO
Rəqsanənin əmlaklarına niyə həbs qoyulub?
Mikayıl Cabbarova daha bir müavin təyin olunub - O, kimdir? (FOTO)
İsrail Qəzzaya bomba yağdırır: daha 17 nəfər həlak olub
Azərbaycan nefti ucuzlaşıb
Bakıda iməcilik və ağacəkmə aksiyası keçiriləcək
"...yardımımızı davam etdirməyə hazırıq" - ABŞ-dan rus sülhməramlılarının Qarabağı tərk etməsinə reaksiya
Bələdiyyədə hər yerə gizli kameralar yerləşdirilib: "Hər yerdə "böcək" və gizli kameralar var..."
Xankəndidə yenə silah-sursat aşkarlanıb
Müğənni pensiya azlığından şikayətləndi: "O pula qalsa, işləmək məcburiyyətindəyəm"
Ərdoğanın "qapı açıqdır" mesajına CHP lideri Strasburqda cavab verdi: "Yaxın günlərdə üzbəüz görüşəcəyik"
TƏBİB rəhbəri Arzu Bəndəliyevanı baş həkim təyin edib
Türkiyə parlamentində deputatların sayı azalıb - Səbəb
Ağdamda minaatan qurğular tapılıb