62 yaşlı kişi özünü su kanalına ataraq intihar edib - Göyçayda

img

21-09-2017 [19:31]


Göyçay rayonunda intihar olub.
 
APA-nın yerli bürosunun xəbərinə görə, hadisə bu gün axşam saatlarında Göyçayın İnçə kəndində baş verib.
 
Kənd sakini, 1955-ci il təvəllüdlü Səmədov Səməd Əvəz oğlu yaşadığı evdən çıxaraq geri qayıtmayıb. Axtarış zamanı məlum olub ki, S. Səmədov özünü evin yaxınlığından keçən Yuxarı Şirvan kanalına atıb.
 
Onun özünə qəsd etməsinin səbəbi hələlik məlum deyil. Hazırda rayonun hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerindədir.
 
Faktla bağlı Göyçay rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.  

Digər xəbərlər
SON XƏBƏRLƏR