Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri aksiya keçirilən məktəbə gəldi

img

21-09-2017 [16:03]


Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Məhəbbət Vəliyeva sentyabrın 21-də valideynlərin etiraz aksiyası keçirdiyi 200 saylı Məktəb-Lisey Kompleksində olub, təhsil müəssisəsinin rəhbərliyi ilə görüşüb.

Bu barədə Mia.az-a İdarədən məlumat verilib. Bildirlib ki, M. Vəliyeva Məktəb-Lisey Kompleksində təlim-tərbiyə prosesinin təşkili vəziyyəti ilə maraqlanıb, müvafiq tapşırıq və tövsiyələrini verib.

"Təhsil müəssisəsində tədris normal şəkildə davam edir, şagirdlərin dərsə davamiyyəti qaydasındadır”,-İdarə bəyan edib.

Qeyd edək ki, 200 nömrəli Məktəb Lisey Kompleksində təhsil alan şagirdlərin valideynləri bir neçə gündür, direktor Qafar Hüseynovun işdən çıxarılmasına etiraz əlaməti olaraq aksiya keçirirlər. Onlar Qafar Hüseynovun yenidən vəzifəyə qaytarılmasını istəyirlər. Əks halda övladlarını məktəbə buraxmayacaqlarını bildiriblər.



Digər xəbərlər
SON XƏBƏRLƏR