"Ziya Məmmədov vurulmuş adamdı, ondan nə danışaq?" - Partiya sədri

img

21-09-2017 [15:12]


Yayılan xəbərə görə, sabiq nəqliyyat naziri Ziya Məmmədov evini satışa çıxarıb. 

Xəbərdə bildirilir ki, Ziya Məmmədov "Nizami" metro stansiyasının yaxınlığında, Xarici İşlər Nazirliyinin binasının arxa tərəfində yerləşən tikilidəki 250 kvadrat metrlik sahəsi olan mənzilini 750 min manata satır. Z.Məmmədovun evini hansı səbəbdən satdığı açıqlanmır.

Z.Məmmədov isə cavab verərkən bildirib ki, jurnalistlərə açıqlama verməyəcək: "Jurnalistlər, indi də açıqlama yerinə bağlama alarsız", - deyə Z.Məmmədov cavab verib. Daha sonra isə telefonu söndürüb.

Ziya Məmmədovun səsləndirdiyi fikrə Sfera.az-a münasibət bildirərkən Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev söyləyib ki, o vurulmuş bir adamdır:

"Ziya Məmmədov ölkə rəhbərinin etimadından sui-istifadə etdiyinə görə tutduğu vəzifədən kənarlaşdırılıb. O dövlətin və xalqın malını mənimsəmişdi. Onun jurnalistlərə qarşı bu cür fikir səsləndirməsi çox böyük yalnışlıqdır. Ziya Məmmədov çox tərbiyyəsiz və harınlamış biridir. Nə qədər əsəbi olsa da, etikadan kənar cavab verməməli idi. Onun və onun kimilərin məqsədi ölkədə vəziyyəti qarışdırmaq və daha da çətin duruma salmaqdır. Z.Məmmədov ölkədə talançılığa şərait yaradanlardan biri idi. Vaxtilə gözü ayağının altını görmürdü, indi nə oldu?! Hətta bildiyimə görə, nazir postunda olduğu zaman mediada onun kurasiyasında maliyyələşdirdiyi bir neçə sayt olub. İndi də xalqdan oğurladığı pulların hesabına tikdirdiyi villaları satmaqla məşğuldur. Eşitmişəm ki, ölkəni də tərk etmək istəyir. Ancaq ondan soruşmaq lazımdır ki, satdığın villaların, obyektlərin pulunu hardan alıb və kim verib? Yəqin ki, jurnalistlər də bunları soruşanda qıcıqlanır”.



Digər xəbərlər
SON XƏBƏRLƏR