MTN generalının məhkəməsi: "Ən sevdiyi yerdən xəyanət etdilər"

img

21-09-2017 [12:16]


Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyi (MTN) Antiterror Mərkəzinin rəisi, general-mayor Elçin Quliyev və Mərkəzin əməkdaşı, polkovnik Azər Mehdiyevin cinayət işi üzrə məhkəmə prosesi davam edib.

Bakı Hərbi Məhkəməsində hakim Elbəy Allahverdiyevin sədrliyi ilə keçirilən prosesdə intihar edən MTN polkovniki epizodu üzrə Əbülfət Məmmədov ifadə verib. O bildirib ki, Maliklə dost olub hər gün görüşüb:

"Malikin qardaşı tutulandan sonra ona rəisləri tərəfindən təzyiq edildiyi demişdi. O dedi ki, rəislərin içində Elçinin ona hədə qorxu gəlib, qardaşını başa salmalı olduğu deyib. Malik deyirdi ki, qardaşından Əli müəllim ( Əli Nağıyevi ) əleyhinə ifadə almaq istəyirdilər. Ölməzdən bir gün qabaq mənə deyirdi yaşamaq istəmirəm. Ən sevdiyi yerdən ona xəyanət etdiklərini söylədi".

Qeyd edək ki, Elçin Quliyev MTN-in Antiterror Mərkəzinin rəisi olub. MTN-lə bağlı həbslər başlayanda o, adı çəkilən qurumun akademiyasına kafedra rəisi təyin edilib. Daha sonra cinayət işi üzrə həbs edilib.
Lent.az


Digər xəbərlər
SON XƏBƏRLƏR
21:18 23.04.2024

Millimiz Belarusa uduzub