Deputat Hacı Qalibin həbsini tələb edir - Məhkəməyə müraciət edəcək

img

21-09-2017 [10:43]


Milli Məclisin üzvü Çingiz Qənizadə keçmiş həmkarı, son günlər mətbuatda ona qarşı ağır ittihamlar səsləndirən Hacı Qalib Salahzadəni xüsusi ittiham qaydasında məhkəməyə verməyə hazırlaşır.

Mia.az  "qafqazinfo”ya istinadən xəbər verir ki, deputat artıq vəkilləri ilə müqavilə bağladığını deyib. Əlavə edib ki, Qalib Salahzadəni məhkəməyə verərək, həbsini tələb edəcək.

Onun sözlərinə görə, Hacı Qalib mətbuata müsahibəsində şərəf və ləyaqətini təhqir edib, ona qarşı böhtan atıb:

"Hacı Qalib mənim nə vaxtsa ondan 30 min dollar rüşvət aldığımı deyib, eyni zamanda keçmişimlə bağlı şərəf və ləyaqətimə təhqir olan sözlər səsləndirib. Bu ittihamlara cavab verməlidir”.

Xatıradaq ki, Hacı Qalib Şeyx Hacı Allahşükür Paşazadənin qudasıdır. 


Digər xəbərlər
SON XƏBƏRLƏR