ABŞ dollarla bağlı qərar verdi - FED uçot dərəcəsini dəyişmədi

img

20-09-2017 [22:46]


ABŞ-ın Federal Ehtiyatlar Sisteminin (FED) Açıq Bazar Əməliyyatları üzrə Komitəsinin (FOMC) iclası yekunlaşıb.
 
"APA-Economics" xəbər verir ki, FED uçot dərəcəsini 0,1-1,25% səviyyəsində saxlayıb.
 
Qeyd edək ki, sonuncu dəfə FED iyunun 14-də  uçot dərəcəsini 0,75-1%-dən  1-1,25%- dək artırıb.
 
Bundan əvvəl FED martın 15-də uçot dərəcəsini illik 0,5-0,75% səviyyəsindən 0,75-1%-dək artırıb. 2016-ci ilin dekabrın 14-də isə tənzimləyici uçot dərəcəsinin baza faiz dərəcəsini illik 0,5-0,75% artırılması barədə qərar qəbul edib.

Digər xəbərlər
SON XƏBƏRLƏR