Cəzalar və cərimələr sərtləşdirilir - Prezidentin parlamentə təqdim etdiyi qanuna dəyişiklik

img

20-09-2017 [16:03]


Azərbaycan Prezidentinin təqdimatı ilə Milli Məclisə göndərilən İnzibati Xətalar Məcəlləsinə dəyişiklik ediləcək.

Bununla bağlı Məcəllənin 213-cü maddəsinə (Körpələrin və erkən yaşlı uşaqların qidalanması haqqında qanunvericiliyin pozulması) əlavə və dəyişiklik təklif edilir.

Məcəllənin 213-cü maddəsinin 0.1.-ci bəndində ediləcək dəyişiklikdə körpələr və erkən yaşlı uşaqlar üçün süni qida məhsullarının reklamında onlardan istifadənin yaş məhdudiyyətləri haqqında məlumat verilməməsinə, mütəxəssislərlə məsləhətləşmənin zəruriliyinin, ana südünün üstünlüyünün qeyd olunmamasına görə - fiziki şəxslər yüz əlli manatdan iki yüz manatadək məbləğdə, vəzifəli şəxslər iki yüz əlli manatdan üç yüz manatadək məbləğdə, hüquqi şəxslər yeddi yüz əlli manatdan min manatadək məbləğdə cərimə nəzərdə tutulur.

Maddəyə təklif olunan yeni 0.4.-cü bənddə isə qeyd edilir ki, körpələr və erkən yaşlı uşaqlar üçün süni qida məhsullarının reklamının hamilə qadınlar və analar arasında, tibb müəssisələrində yayımlanmasına görə, fiziki şəxslər yüz əlli manatdan iki yüz manatadək məbləğdə, vəzifəli şəxslər iki yüz əlli manatdan üç yüz manatadək məbləğdə, hüquqi şəxslər yeddi yüz əlli manatdan min manatadək məbləğdə cərimə ediləcək.

Həmçinin 428.3-cü maddəyə ediləcək dəyişikliyə əsasən, haqsız, qeyri-dəqiq və gizli reklamın mənfi nəticələrinin qarşısının alınması və aradan qaldırılması üçün reklam fəaliyyətinin subyektlərinə (reklamvericiyə, reklam istehsalçısına və reklam yayıcısına) müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən müddətdə həmin reklamın təkzib edilməməsinə və ya təkzibin yayımlama şərtlərinə əməl edilməməsində görə - fiziki şəxslər otuz manatdan əlli manatadək məbləğdə, vəzifəli şəxslər üç yüz manatadək məbləğdə, hüquqi şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə cərimə ediləcək.
modern.az

Digər xəbərlər
SON XƏBƏRLƏR