Sabiq deputatın oğlunun şikayəti təmin edilmədi - Həbsdə qaldı

img

20-09-2017 [11:32]


Milli Məclisin sabiq deputatı Qalib Salahzadənin oğlu Əlihüseyn Salahzadənin həbs qətimkan tədbirindən verdiyi şikayətə baxılıb.

Bu gün Bakı Apellyasiya Məhkəməsində hakim İlqar Murquzovun sədrliyi ilə baş tutan prosesdə qərar elan edilib.

Hakimlər kollegiyasının qərarına əsasən Əlihüseyn Salahzadənin şikayəti təmin edilməyib. Nəsimi rayon Məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılıb.

Xatırladaq ki, Nəsimi rayon Məhkəməsi Əlihüseyn Salahzadı barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

O, Cinayət Məcəlləsinin 315.2-ci (Hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) maddəsi isə ittiham olunur. Həmin maddəyə əsasən, hakimiyyət nümayəndəsinə xidməti vəzifələrini yerinə yetirərkən həyat və sağlamlıq üçün təhlükəli olan zor tətbiq etməkdə təqsirləndirilib.

Zərərçəkmiç qismində Elbəy Mirzəyev tanınıb.

Əlihüseyn Salahzadənin vəkili bildirib ki, zərərçəkmiş şikayət ərizəsini geri götürüb.



Digər xəbərlər
SON XƏBƏRLƏR
21:18 23.04.2024

Millimiz Belarusa uduzub