20-09-2017 [10:31]
Məhəmməd Talıblı
Bu gün "Əsrin kontrakı”nın imzalanmasından 23 il keçir. Lakin bu kontraktın davamı olaraq 6 gün öncə növbəti bir saziş imzalandı.
Ölkə iqtisadiyyatını silkələyən böhran, xarici borcun artma dinamikası, növbəti devalvasiya həyacanı, beynəlxal maliyyə qurumlarının və dövlətlərin təzyiqləri fonunda növbəti bir kontaktın imzalanması bir çox suallara yol açır."Əsrin kontarkı”nın bitməsinə hələ 7 il qaldığı bir zamanda təntənəli formada hökumət özünün qalib ədası ilə (politologiyada buna "qalibin fiksasiyası” deyilir) bu addımını necə izah edir?Bu təsadüf idi, yoxsa kövrək vəziyyətin yaxşılaşdırılmasına yardım edən cəhd? "Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokunun işlənməsi üzrə Hasilatın Pay Bölgüsü sazişinin imzalanması üçün indiyə qədər hansı hazırlıqlar görülürdü ki, bunu surpriz gediş adlandırmaq mümkün olmasın? Sadəcə bu saziş bir gündə səbətlə göydən düşmədi!
Sazişin həm biri-biri ilə bağlılığı, eyni zamanda ziddiyyətə girən məqamların azlıq təşkil etmədiyini nəzərə alaraq iki istiqamətli bölgünün aparılması qənaətinə gəldim. Bu bəlkə də real vəziyyətin dəyərləndirilməsi üçün aydın təsəvvürlərin formalaşmasına yardımçı ola bilər.
Müsbət məqamlar:
- Rusiyanın siyasi orbitindən uzaqlaşmaq və enerji vektorunun Avropaya proyeksiyalanması; Rusiyanın enerji coğrafiyasına Azərbaycanın daxil edilməməsi, enerji müstəvisində ölkəmizə təsir kanalının zəifləməsi və Avropa ilə enerji savaşında Rusiyanın mövqeyindən uzaq durmaq cəhdi;
- Milli şirkətin kontaktda təmsilçisi olan SOCAR-ın payının qənaətbəxş səviyyədə olması; "Əsrin kontarktı”nda SOCAR-ın varisi ARDNŞ-in kontarkda payı 11,65% nəzərdə tutulmuşdusa, ikinci kontraktda Hasilatın Pay Bölgüsü sazişində isə SOCAR-ın payının 25%-ə qədər yüksəlməsi;
- Maliyyə"aclığı” keçirən Azərbaycan üçün kontrakt çərçivəsində 3,6 milyard dollarlıq bonusun əldə edilməsi; Kövrək iqtisadi şərait üçün bunun nə qədər böyük rəqəm olmasını izah etməyə ehtiyac yoxdur.İqtisadi geriləmənin aradan qaldırılması üçün uzun müddətdir ki, beynəlxalq maliyyə qurumlarından kredit ala bilməyən hökumət üçün bu vəsaitin az əhəmiyyətli olmaması;
- Digər investisiyaların öz arxasınca gətirmək gücününü olması; Neft sektoruna axacaq 40 milyardlıq investisiyanın digər sahələrə birbaşa və dolayı təsirləri olacaq ki, bu da bütövlükdə investisiya potensialının formalaşması və toplam investisiyanın artmasını təşviq edə bilməsi;
Mənfi məqamlar və gələcək təhlükələr:
- Müqavilə şərtlərinin açıq və detallı təsnifatının olmaması:Hətta mütəxəssislərin belə bu şərtlərdən tam məlumatlı olmaması, bir şirkətin kommersiya müqaviləsindən sanki çoxda fərqi olmadığı kimi ictimai müzakirələrin keçirilməməsi və kontraktın bütövlükdə sirr pərdəsinə bürünməsi;
- Mənfəət neftinin Azərbaycan üzrə payının azaldılması; Müqayisə üçün bildirək ki, "Əsrin kontraktı”nda Azərbaycanın mənfəət neftində 2008-ci ildən 4555 proporsiyası üzrə bölüşdürüldüyü, sonrakı illərdə Azərbaycanın payının 80% təşkil etdiyi halda, yeni imzalanan müqavilədə isə bu rəqəmin 75%-ə düşməsi;
- BP-nin iştirak payı üzrə dominantlığının ölkədə gələcək sosial narazılığın zərəsizləşdirilməsi fonundakı səhnəarxası rolunun artması; Nəzərə almaq lazımdır ki, kontark çərçivəsində 40 milyard dollarlıq investisiyanın ən böyük öhdəlik payını BP götürüb. Həmin investisiyanın 3 tikəsindən birini (35,78%) və ya 15 milyard dollara yaxınını BP maliyyələşdirəcək. Bu zaman böyük sərmayə payı olan BP-nin və onun təmsil etdiyi dövlətin Azərbaycandakı ictimai proseslərdə yalnız korporativ marağı, yoxsa demokratik dəyərlərə münasibətinin qeyri-müəyyən olması;
- "Əsrin kontarktı”nda səmt qazı Azərbaycana pulsuz verilirdi, bu kontrakda isə onunla bağlı heç bir razılaşmanın olmaması; Neftlə bərabər birgə hasil edilən kondensat qazı vaxtı ilə ölkəmizə havayı çatırdı. Bu ötən kontaktın şərtlərinə daxil edildiyi halda, növbəti sazişdə təxminən 3 milyard kubmetr həcmində olacaq səmt qazının taleyinin qeyri-müəyyən qalması;
- Kontaktın ratifikasiya olunması üçün parlament müzakirəsinin effektiv olmayacağı;Seçkili orqan olan parlament insitutunun formal təsisat səviyyəsinə qədər endirilməsi səbəbindən kontraktın orada ratifikasiya olunması zamanı ciddi sorğularının və qızğın müzakirə mühitinin olmaması;
- Siyasi müstəvidə dinamizmi azaldan və mübarizə ruhunun sındırılması üçün sosial-psixoloji zəminin hazırlanması; Kontaktın 2050-ci ilə qədər işləyəcəyini və ictimai rəydə sanki əbədi hakimiyyətin hökm sürəcəyi və dəyişiklik mesajının üstündən xəttə çəkən əhval-ruhiyyənin formalaşdırılması;
- Azərbaycan dövlətinin zəmanəti ilə SOCAR-ın xarici borclarının payının artması; Kontakt çərçivəsində 40 milyard dollarlıq sərmayənin 25 faizini və ya 10 milyard dollarını SOCAR maliyyələşdirməlidir. SOCAR-ın artan borcları fonunda (xarici öhdəlikləri, Cənub Qaz Dəhlizi layihəsi çərçivəsində 42,6 milyard dollarlıq maliyyə payı və s.) bunun hansı nəticələrə gətirib çıxarmasının qeyri-müəyyənliyi və onun doğurduğu əsaslı narahatlıq;
- Neft şirkətləri vasitəsilə kontaktda təmsilçilik imkanı əldə edən demokratik dövlətləringələcəkdə demokratiya və azadlıq tələblərinə inamın azalması; Azərbaycan hökumətinəbeynəlxalq təzyiqlərin artdığı bir mərhələdə Böyük Britaniya, ABŞ və Norveç kimi demokratik dövlətlərinin neft şirkətlərinin təmsilçilərinin həmin kontarkda yer alması gələcəkdə demokratiya və azadlıqların təmin olunmasında nə qədər səmimi və israrlı olacağına inamın sarsılması; (oxşar mövqelər "Əsrin kontarkı” zamanı da səslənirdi)
- Neft müqaviləsinin nəticələrinə olan ictimai inamsızlıq və ona laqeyd münasibətin olması; "Əsrin kontarktı”ndan böyük gözləntilər özünü doğrultmadığı üçün (Qarabağın qaytarılmaması, azad bazarın yaradılmaması, neft gəlirlərinin doğurduğu təbəqələşmə, siyasi idarəetmədəki avtoritarizm meylləri və s.) ikinci kontarkacəmiyyətdə heç bir ümidverici münasibətin olmaması;
- Dağlıq Qarabağ probleminin həlli zəruri olacaq müharibə iradəsinin tormozlanması; "Əsrin kontaktı”ndan 23 il keçməsinə baxmayaraq bir kəndimiz belə işğaldan azad olmadı. Müharibənın bir addımlığına gəldiyimiz (02 aprel döyüşləri) zaman isə böyük güclərin sərt nəzərli baxışları ilə rastlaşan Azərbaycan hökuməti sabitlik maraqlarına görə sülh çağrışlarına məcbur edildi. Bu mənada kontaktın gələcək təhlükələrindən biri Dağlıq Qarabağ probleminin dalana dirənməsi, unudulması və bununla bizim barışmağa sövq edilmə təhlükəsinin olması;
- Qlobal Təşəbbüslərdən uzaqlaşmaq yolu tutan hökumətin gəlirlərin şəffaf xərclənməsinə dair təminat mexanizminin olmaması; Təbii ehtiyatlar sahəsində qlobal təşəbbüslərin artığı və həmin təşəbbüsdə iştirakın nə qədər vacib olduğu bir mərhələdə Azərbaycanın Mədən Sənayesində Şəffaflıq Təşəbbüsündən(MSŞT-EİTİ) çıxması bundan sonra bu konraktlardan əldə olunacaq gəlirlərin nə qədər şəffaf və hesabatlıq xərclənməsi istiqamətində dərin şübhələrin yaranması;
BMT-nin Baş katibindən Bakı ilə İrəvan arasındakı anlaşmaya reaksiya: "Razılaşmanı alqışlayırıq"
Bakıda 21 yaşlı oğlan 22 yaşlı qızı bıçaqladı
"Qazaxlı Alik"in oğlu Fuad Muradovun məhkəməsi başlayır
Blinkendən 4 kəndinin Azərbaycana qaytarılması haqda - Açıqlama
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Trampın məhkəməsinin qarşısında bir nəfər özünü yandırıb
Mətbuat katibi: "Dörd kəndin Azərbaycana qaytarılması çoxdan gözlənilən tarixi hadisədir"
Buraxılış imtahanının nəticələri elan olunub
Hal şahidləri ilə bağlı qanuna dəyişiklik olub
Uşaqların peyvəndlənməsi barədə əmr imzalanıb
Nazir generalları topladı, yeni tapşırıqlar verdi - DİN-də kollegiya iclası (FOTOLAR)
Qəzzada daha 9 dinc fələstinli həlak olub
İLHAM ƏLİYEV MOSKVADAN SONRA ALMANİYAYA GEDƏCƏK - Tarix bəlli oldu
Universitetin sözçüsü vəzifədən ayrılıb
Prezident İlham Əliyev Rusiyaya gedir
“AzəriMed” QSC-lə bağlı məhkəmə qalmaqalı yaranıb
Partiya sədri özünə yeni müşavir təyin edib
Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı
Keşlədə saxta məhsullar istehsal edən sexlər aşkarlanıb
TOVUZDA ŞOK OLAY: 34 YAŞLI QADIN YANDIRILDI - 22 yaşlı oğlan tərəfindən (YENİLƏNİB)
G7 ölkələrindən rəsmi Bakı və İrəvana çağırış: "Gücdən istifadə etməmək, suverenliyə hörmət..."
Baş prokurorun Çinə işgüzar səfəri başa çatıb
Ceyhun Bayramov Fələstinin Baş naziri ilə telefonda danışdı - Nələr müzakirə olunub?
Bakı Fransız Liseyi fəaliyyətini dayandırır
Azercell Böhran İdarəetmə Qrupu layihəsini elan edir
Onlar pensiyaya daha tez çıxacaq - Yeni qanun
Dövlət Xidmətinin vəzifəli şəxslərinin maaşı artırılır - BU QƏDƏR
Türkiyədə güclü zəlzələ olub
Naxçıvanda yoxlama: 15 iş üzrə materiallar Baş Prokurorluğa və DTX-yə təqdim olunub
Xocavənddə fermada partlayıcı maddələr aşkarlanıb
Sabahın hava proqnozu açıqlanıb
Kirayədə yaşayan BDU-nun tələbəsi özünü öldürüb (Yenilənib)
Hərbi Dəniz Qüvvələri Xəzər dənizində taktiki təlimdə - VİDEO
Premyer Liqası: növbəti turun təqvim və hakim təyinatları açıqlanıb
DEPUTATLAR TOPLANIB: daha 14 məsələ müzakirə olunacaq - SİYAHI
Misli, Topaz... - Azərbaycan futbolunda nə baş verir?
“Yaxşı verilişlərin aparıcılarının "saxlayanı" var” - Kamran Həsənli kimin bostanına daş atır?
Bakının strateji hədəfi və ya rəsmi Moskvanın qərbi azərbaycanlılarla bağlı mesajı - TƏHLİL
Türkiyə səfirliyinin yeni mətbuat katibi Bakıya gəlib