Nazim İbrahimov “vuruldu” - Yerinə Mikayıl Cabbarov gəlir

img

20-09-2017 [10:08]


Bu gün Azərbaycan Qılıncoynatma Federasiyasının Hesabat-Seçki Konfransı keçiriləcək.

Mia.az xəbər verir ki, bu barədə "Report”a qurumun I vitse-prezidenti Yaşar Məmmədov məlumat verib.

Onun sözlərinə görə, Milli Olimpiya Komitəsində baş tutacaq tədbir saat 15:00-da start götürəcək.

Konfransda prezident postuna yeganə namizəd təhsil naziri Mikayıl Cabbarovun federasiyanın rəhbəri seçiləcəyi gözlənilir.

M.Cabbarov həm də Azərbaycan Badminton Federasiyasının prezidentidir.

Qeyd edək ki, bu, AQF-nin son bir ayda baş tutan ikinci hesabat-seçki konfransıdır. Avqustun 17-də keçirilmiş toplantıda Nazim İbrahimov yekdilliklə yenidən federasiya prezidenti seçilmişdi.


Digər xəbərlər
SON XƏBƏRLƏR